14:38 22 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İsraildə Netanyahunun işi üzrə məhkəmə prosesi bərpa olunub
ANA SƏHİFƏ / DÜNYA
21:21 13.09.2021

 

İsraildə 3 aylıq fasilədən sonra sabiq Baş nazir Benyamin Netanyahuya qarşı korrupsiya ilə bağlı məhkəmə prosesləri yenidən gündəmə gəlib. Bu barədə "Anadolu" agentliyi xəbər verib.

İclas Qüds regional Məhkəməsində keçirilib. Netanyahunun özü iclasda iştirak etməyib.

Bu, Netanyahunun Baş nazir kürsüsünü itirdikdən sonra təşkil edilən ilk məhkəmə iclasıdır. Hakimlər "Walla News" xəbər portalının keçmiş baş direktoru ilan İyeşuanın ifadələrini nəzərdən keçiriblər.

İsrailin Baş prokuroru Avihay Mandelblit 2019-cu il noyabrın 21-də Netanyahuya qarşı korrupsiya ittihamı ilə 3 cinayət işinin başlanmasını tələb edib.

Netanyahunun işi üzrə məhkəmənin ilk iclası 24 may 2020 - ci il tarixdə, ikinci iclası 2021-ci il fevralın 8-də keçirilib.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM