10:39 28 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:46 28.09.2021

28 sentyabr


01:45 28.09.2021

Tarix yazan xalq


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İsrail dünyada ilk olaraq peyvəndin üçüncü dozasına başlayır
ANA SƏHİFƏ / DÜNYA
18:57 30.07.2021

 

İsrail yaxın vaxtlarda öz sakinlərinə BioNTech/Pfizer preparatının üçüncü dozasını vurmağa hazırlaşır. Bu barədə ölkənin Baş naziri Naftali Bennet məlumat vermişdir. 
Koronavirusa qarşı peyvəndin üçüncü dozası 60 yaşı tamam olmuş İsrail vətəndaşları üçün nəzərdə tutulur. Artıq test çərçivəsində 2 min nəfər üçüncü doza vaksin almışdır. Onlarda təhlükəli kənar təsirlər aşkar edilməmişdir. 
Bennetin dediyinə görə, 60 yaşı tamam olmuş İsrail Prezidenti İshak Hersoq da dünən preparatın üçüncü dozasını almışdır. “Mən artıq iki doza almış ahıl adamları üçüncünü də vurdurmağa çağırıram. Bu, onları ağır xəstəlikdən və ölümdən xilas edəcək”, - deyə Baş nazir bildirmişdir. 
Üçüncü peyvənd ikinci dozanı azı 5 ay öncə almış sakinlərə vurulacaq.
İsrail dünyada ilk ölkələr sırasında əhalisinin əksər hissəsini peyvəndlə təmin etsə də, son ay ərzində yoluxma sayının artması müşahidə olunur. Ekspertlər bunu virusun “Delta” variantının yayılması ilə əlaqələndirirlər.
 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM