04 Iyun 2021 15:42
700
Məktublar
A- A+

İsrail Dövlətinin Prezidenti Reuven Rivlindən


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə İsrail xalqı və Dövləti adından Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf və məmnunluq duyuram.

Azərbaycan Respublikası İsrail Dövlətinin vacib və yaxın tərəfdaşı olmaqla yanaşı, həm də dostu və müttəfiqidir. Bizim tərəfdaşlığımız Azərbaycan və yəhudi xalqlarının qardaşlıq tarixinə, eləcə də millətlərimizin dini tolerantlığı təşviq etmək, nifrəti və antisemitizmi bütün formalarda rədd etmək istiqamətində birgə səylərinə əsaslanır.

İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəliklərinin açılması münasibətilə Sizi və ölkənizi təbrik edirəm, bu, iqtisadi əlaqələrimizi inkişaf etdirəcək və xalqlarımızı daha da yaxınlaşdıracaq. Yaxın gələcəkdə Azərbaycan Respublikasının İsraildə səfirliyinin açılmasını səbirsizliklə gözləyirəm.

Sizə və Azərbaycan xalqına sülh, inkişaf, sabitlik və firavanlıq diləyir, dostluğumuzun hələ də bizim üçün qoruduğu parlaq gələcəyə ümid edirəm.

Zati-aliləri, Sizə böyük hörmət və ehtiramımı bildirirəm.

Hörmətlə,

 

Reuven Rivlin

İsrail Dövlətinin Prezidenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video