09:58 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:41 06.05.2021

BİLDİRİŞ


00:41 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Israel HaYom” nəşri: azərbaycanlı qaçqınlar doğma yurdlarına qayıdacaqlar
 
ANA SƏHİFƏ / SİYASƏT
13:01 15.04.2021

 Rəsmi Bakı elan edib ki, gələn il azərbaycanlı qaçqınların Dağlıq Qarabağ regionuna və işğaldan azad edilmiş digər ərazilərə qaytarılması işlərinə başlanacaq.

AZƏRTAC xəbər verir ki, İsraildə çıxan aparıcı ivritdilli “Israel HaYom” qəzetdə dərc edilmiş “Gələn il azərbaycanlı qaçqınlar və məcburi köçkünlər öz torpaqlarına qayıdacaq” sərlövhəli məqalə bu mövzuya həsr edilib.

Məqalənin müəllifi, israilli jurnalist Şmuel Din Elmas yazır ki, tarixi əhəmiyyətli bu məsələ əhalisinin sayı 10 milyondan çox olan Azərbaycan üçün qlobal ideoloji məna kəsb edir. Şmuel Din Elmas vurğulayır: “1994-cü il mayın 12-də atəşkəs haqqında Bişkek protokolu imzalandığı andan Azərbaycanda çox böyük sayda qaçqın və məcburi köçkün əmələ gəlib. Məhz Azərbaycanın Dağlıq Qarabağ regionunda və bu bölgəyə bitişik altı rayonunda azərbaycanlılar Ermənistan tərəfindən soyqırımı aktına və etnik təmizləməyə məruz qalıblar.

Gələn il tədricən qaçqınların və məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qaytarılmasına başlanacağını deyən Prezident İlham Əliyev daha sonra bildirib ki, ərazilərin minalardan təmizlənməsi və dağıdılmış infrastrukturun bərpası işləri uğurla həyata keçirilir.

Azərbaycan dövlətinin başçısı Ermənistan rəhbərliyinin ünvanına ciddi ittihamlarla çıxış edib. İlham Əliyev vurğulayıb ki, atəşkəs haqqında Bəyanat imzalanandan sonra mina partlayışları nəticəsində 20 nəfər dinc sakin və bir əsgər həlak olub. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan həmin ərazilərin minalanması xəritələrini Azərbaycana verməlidir, lakin heç kəs bu xəritəni təqdim etmir. Qoy heç kəs şübhə etməsin ki, biz bu regionun bərpasına milyardlarla dollar xərcləməyə hazırıq.

Məqalə müəllifi qeyd edir ki, Azərbaycan hökuməti Qarabağda törədilmiş dağıntıların miqyasını dünyaya göstərmək üçün Türk Şurasının bir sıra yüksəkvəzifəli üzvlərini dəvət edib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yüksəkvəzifəli rəsmi şəxslərinin, nazirlərin, informasiya və media məsullarının daxil olduğu nümayəndə heyəti Ağdam şəhərinə səfər edib. Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiyalar İdarəsinin sədri Fəxrəddin Altun, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanəliyev, Özbəkistan Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin direktoru Asadjon Xojayev, Qazaxıstan informasiya və ictimai inkişaf nazirinin müavini Asxat Oralov, Türk Şurasının baş katibi Bağdad Amreyev və digər rəsmi şəxslər qonaqlar arasında olub. Ağdama səfər edən nümayəndə heyətini Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşahidə edib. H.Hacıyev qeyd edib ki, Ağdam Ermənistan tərəfindən işğal edilənə qədər nəinki Qarabağın, bütün Azərbaycanın ən iri və çox inkişaf etmiş şəhərlərindən biri olub.

İsrailli jurnalist Azərbaycan Prezidenti köməkçisinin bu sözlərini sitata gətirir: “İşğaldan əvvəl Ağdam rayonunda 153 min, Ağdam şəhərində isə 42 mindən çox sakin yaşayırdı. Rayonda 17 sənaye müəssisəsi fəaliyyət göstərirdi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və bu rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları və istehsal müəssisələrini qarət edib, dağıdıb və yandırıblar”.

Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanəliyev deyib: “Beynəlxalq təşkilatlar, xüsusən UNESCO Qarabağda törədilmiş bu dəhşətli faciəyə obyektiv qiymət verməlidir”.

İsrail-Azərbaycan münasibətləri sahəsində ekspert, “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru Arye Qutun sözlərinə görə, 27 il müddətində ermənilər tərəfindən vəhşicəsinə işğaldan sonra Ağdam “kabuslar şəhəri”nə çevrilib. İsrailli ekspert daha sonra deyib: “XX əsrin 90-cı illərinin əvvəlində Ermənistan Dağlıq Qarabağ regionunu işğal edib, azərbaycanlı əhaliyə qarşı etnik təmizləmələr aparıb. Azərbaycanın bir milyon vətəndaşı doğma evlərini tərk etməyə məcbur olub. Azərbaycanın əzəli ərazisinin 20 faizini təşkil edən Dağlıq Qarabağ və ona bitişik 7 rayon yerlə-yeksan edilib.

Ermənistanın Azərbaycana məxsus mədəni və dini irsin məhv edilməsinə, talan olunmasına və murdarlanmasına yönəlmiş qərəzli siyasəti nəticəsində işğal olunmuş ərazilərdəki memarlıq abidələri, mədəni və tarixi abidələr, məscidlər, pravoslav kilsələri və nadir əlyazmalar Ermənistan tərəfindən məhv edilib, nasistlər kimi vandalizmə məruz qalıb”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM