04:07 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


01:26 27.11.2021

BİLDİRİŞ


01:25 27.11.2021

BİLDİRİŞ


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İspandilli mediada Füzuli Beynəlxalq Aeroportunun açılışı haqqında materiallar dərc edilib
 
ANA SƏHİFƏ / SİYASƏT
17:27 27.10.2021

İspandilli media - EFE informasiya agentliyi, İsveçrə ictimai teleradio yayım korporasiyasının (SRG SSR) SWI swissinfo.ch versiyası, aparıcı xəbər portalları oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Aeroportunun açılışı haqqında materiallar dərc edib.

AZƏRTAC xəbər verir ki, həmin materiallarda Füzuli Beynəlxalq Aeroportunun Qarabağın hava qapıları kimi vurğulanır. Oxucuların diqqətinə çatdırılır ki, Füzuli Aeroportuna Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) üç hərfdən ibarət FZL kodu verib. Çox qısa müddətdə tikilmiş bu aeroport ən müasir naviqasiya avadanlığı ilə təchiz olunub. Uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istənilən tipli hava gəmilərini qəbul edə bilər.

Materiallarda bildirilir ki, Füzuli şəhəri təqribən 30 il erməni işğalı altında olub. Azərbaycan və Türkiyə liderləri Azərbaycanın cənub-qərbində mühüm avtomagistralın təməlini qoyub, digərinin isə tikintisində işlərin gedişi ilə tanış olublar.

Dövlət başçıları danışıqlardan sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər. Türkiyə Prezidenti regional əməkdaşlığın əhəmiyyətindən danışaraq deyib ki, əgər Ermənistan Azərbaycana səmimi münasibət göstərərsə, onda Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşmasına heç bir əngəl qalmayacaq. Bu region güclü logistik mərkəzə çevriləcək. Azərbaycanın bütün qonşuları, o cümlədən İran, Gürcüstan və Ermənistan bu mərkəzdən istifadə edə biləcək.

EFE agentliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu açıqlamasına da diqqət çəkir: “Davamlı sülhün təmin olunması və arzu edilən normallaşma istiqamətində irəliləyişin olması üçün şərait bu gün əvvəllər olmadığı qədər əlverişlidir. Bunun üçün bölgədəki yeni duruma uyğun hərəkət edilməlidir. Biz bölgədə davamlı sülhün və əhatəli normallaşmanın tərəfdarıyıq. Bu coğrafiyadan keçəcək torpaq yollar və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM