19 Fevral 2021 18:01
872
Mədəniyyət
A- A+

İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası davam edir

 

Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasına Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsi də qoşulub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, fakültənin dekan vəzifəsini icra edən, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti Ələmdar Cabbarlı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı mühüm qələbədən danışıb. O bildirib ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızda illər ərzində xeyli sayda mədəni abidələrimiz, kitabxanalarımız, eləcə də çox sayda kitabxana fondu məhv edilib. Artıq həmin ərazilərdə dövlətimizin başçısının rəhbərliyi altında quruculuq işlərinə başlanılıb.

Sonra Ələmdar Cabbarlı Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə təşkil etdiyi “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”nın əhəmiyyətini vurğulayaraq Kitabxanaçılıq-informasiya fakültəsinin əməkdaşları tərəfindən toplanılan 1000 nüsxə Azərbaycan, rus və ingilis dillərində Azərbaycan ədəbiyyatına, ulu öndər Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyevin siyasətinə, eləcə də Kitabxanaçılıq-informasiya fakültəsinə dair dərs vəsaitləri və jurnalları fonda bağışlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video