08:52 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İş masası arxasında yemək vərdişi ölüm riskini artıran amillərdəndir
ANA SƏHİFƏ / SƏHIYYƏ
01:10 13.10.2012

 

Alimlərin apardıqları tədqiqata əsasən, dünyada onlarla insanın ölümünə az hərəkətli həyat tərzi səbəbdir. Fiziki fəallığın çatışmazlığı qan laxtalarının yaranmasına səbəb olur.

AzərTAc xəbər verir ki, ofis işçiləri arasında daha çox yayılan vərdiş öz "bəhrə"sini verməkdədir. Söhbət nahara hara isə getmək istəməməkdən gedir. İşçilər öz vaxtlarına qənaət edərək elə ofisdə iş masalarının arxasında nahar edirlər.

Tədqiqatlar göstərir ki, gün ərzində 10 saat işləyən 21-30 yaşlarında insanların təxminən 75 faizi fasiləyə çıxmaqdan imtina edirlər ki, bu da dərin venalarda tromboz əmələ gəlməsi təhlükəsini əhəmiyyətli dərəcədə artırır.

Tromboz dərin venalarda qan laxtalarının (trombların) əmələ gəlməsi ilə xarakterizə olunan patoloji vəziyyətdir. Bir qayda olaraq, tromboz aşağı ətrafları zədələyir. Müalicə olunmadıqda isə o, ölümlə nəticələnə bilir. Statistikaya görə, ağciyər tromboemboliyasından baş verən ölüm hallarının 3-15 faizinə tromboz səbəb olur.

Mütəxəssislər qeyd edirlər ki, hazırda dünyada yaşı 40-dan az olan tromboz qurbanlarının sayı sürətlə artır. Eyni zamanda, trombozla bağlı bir çox hallar diaqnozlaşdırılmayıb. Həkimlərin məsləhətlərinə görə, trombozdan müdafiə olunmağın ən səmərəli üsulu hərəkətli olmaqdan, siqaretdən imtina etməkdən, duz və yağdan istifadəni azaltmaqdan ibarətdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM