18 Sentyabr 2011 12:09
405
Mədəniyyət
A- A+

İranda xalq tətbiqi sənəti ustalarının əl işlərindən ibarət sərgi başa çatmışdır

 

Xəbər verildiyi kimi, sentyabrın 11-dən 16-dək İranın Xorasan vilayətinin Bocnurd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Mədəniyyət Müəssisəsinin təşkilatçılığı ilə xalq tətbiqi sənəti ustalarının əl işlərindən ibarət sərgi keçirilmişdir.

AzərTAc xəbər verir ki, sərgidə Azərbaycanı tətbiqi sənət ustaları Mehriban Əliyeva-Xəlilzadə və Adil Xəlilzadə təmsil etmişlər. Onların sərgidə nümayiş olunan bədii tikmələri, milli geyimləri və bərpa edilən qədim xovlu-relyefli tikmə texnikası əsasında yaradılmış əsərləri tamaşaçıların marağına səbəb olmuşdur. Həmyerlilərimiz sərgi müddətində İranın bir sıra KİV-inə müsahibələr vermişlər.

Sentyabrın 16-da Şimali Xorasan əyaləti və şəhər rəsmilərinin, İƏT nümayəndələrinin iştirakı ilə sərginin təntənəli bağlanış mərasimində iştirakçılara, o cümlədən azərbaycanlı sənətkarlara "ECO Handcraft Exhibition" (İƏT Əl İşləri Sərgisi) şəhadətnamələri təqdim olunmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video