12:11 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İranda “Dəniz kuboku” müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
14:55 25.08.2021

 

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində İranın Ənzəli şəhərində “Dəniz kuboku” müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə iştirakçı ölkələrin nümayəndə heyətləri, hərbi attaşelər, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Beynəlxalq Ordu Oyunlarının və “Dəniz kuboku” müsabiqəsinin bayraqları meydana gətirilib.

Çıxış edənlər "Dəniz kuboku" müsabiqəsinin əhəmiyyətini yüksək qiymətləndirib, Xəzəryanı ölkələr arasında əməkdaşlığın inkişafındakı rolundan danışıblar.

İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanının müavini admiral Həmzə Kavyani mərasim iştirakçılarını və qonaqları salamlayaraq "Dəniz kuboku" müsabiqəsinin hərbi əməkdaşlığın, hərbçilər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və peşəkarlığın daha da artırılması məqsədilə təşkil olunduğunu vurğulayıb, iştirakçı komandalara uğurlar arzulayıb.

Sonda "Dəniz kuboku" müsabiqəsinin iştirakçılarının hərbi orkestrin müşayiəti ilə təntənəli keçidi olub.

Sentyabrın 4-dək davam edəcək müsabiqədə hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” mərhələlərində mübarizə aparacaqlar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM