26 Yanvar 2021 23:32
615
SİYASƏT
A- A+

İran XİN rəhbəri: Mənim fikrimcə, bu gün Qarabağın çiçəklənməsi üçün şərait yaranıb

 

İran İslam Respublikası Dağlıq Qarabağ münaqişəsinin baş verdiyi əraziyə ən yaxın ölkədir və son 30 ildə, bu münaqişənin lap əvvəlindən öz sərhədlərində qeyri-sabitlik və qaçqınlar axını ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu sözləri Moskvada keçirilən mətbuat konfransında söyləyib.

O qeyd edib ki, münaqişənin nizamlanması İranın milli təhlükəsizliyi baxımından çox vacibdir, çünki münaqişə bu ölkənin sərhədinin yaxınlığında baş verirdi.

Nazir deyib: “Ötən ilin yayında və payızında Qarabağda münaqişə eskalasiya mərhələsinə çatandan sonra İran İslam Respublikası regional həll variantı təqdim etmək üçün çox səy göstərib. Bununla əlaqədar mən bir neçə dəfə cənab Lavrovla telefonla söhbət etmişəm, İran Prezidentinin xüsusi nümayəndəsi – xarici işlər nazirinin müavini regionda səfərdə olub və Qarabağ münaqişəsinə son qoymaq barədə bizim sülh planımızı təqdim edib”.

Cavad Zərif məmnunluqla bildirib ki, Dağlıq Qarabağda münaqişə Rusiya Federasiyasının vasitəçiliyi ilə həll edilib. O deyib: “Biz çox şadıq ki, yanvarın 11-də Rusiyanın vasitəçiliyi ilə bu məsələdə irəliləyiş başlanıb. Bu qərarın qəbul olunmasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edib. Onlar bu münaqişənin həlli yolunda irəliləyirlər. Fikrimcə, bu gün Qarabağda firavanlıq, əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün, xüsusilə iqtisadi və nəqliyyat layihələri üçün əlverişli şərait yaranıb. Beləliklə, biz xalqların əziyyətini azalda, tarixi fikir ayrılıqlarını aradan qaldıra, insanların həyatını qoruyub saxlaya biləcəyik. Bunun üçün zəmin hazırlanıb”.

Nazir bu səfəri çərçivəsində Cənubi Qafqazın üç ölkəsində, həmçinin Rusiyada və Türkiyədə olacağını, əməkdaşlıq barədə təkliflərin müzakirə ediləcəyini vurğulayıb.

Cavad Zərif daha sonra deyib: “Ümidvaram ki, o biri ölkələrə səfərimiz zamanı da bu cür münasibətlə qarşılaşacaq və gələcəkdə regionda qarşılıqlı fəaliyyət sisteminə doğru irəliləyəcək, əməkdaşlıq üçün, daha yaxşı gələcək qurulması üçün yaranmış imkanlardan istifadə edəcəyik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video