01 Mart 2021 16:37
768
CƏMİYYƏT
A- A+

İran-Azərbaycan əlaqələri yüksən səviyyədədir və bu münasibətlər daha da inkişaf etdiriləcək

 

İran-Azərbaycan əlaqələri yüksən səviyyədədir və bu münasibətlər daha da inkişaf etdiriləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın xarici işlər nazirinin müavini Abbas Ərakçı Qum şəhərində keçirilən konfransda çıxış edərkən deyib.

O bildirib ki, beynəlxalq təşkilatlar münaqişəni həll edib, Azərbaycanın ərazi bütövlüyünü bərpa edə bilmədilər. Bu səbəbdən də Azərbaycan dövləti işğal altındakı torpaqlarını əks hücumla geri aldı. İran həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və suverenliyinə hörmətlə yanaşıb. Rəsmi Tehran bölgədə münaqişə baş verməsini və sərhədlərin dəyişməsini istəmir. A.Ərakçının fikrincə Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra regionda yeni siyasi reallıqlar yaranıb və bu reallıqlardan istifadə edib daha sıx iqtisadi əməkdaşlıq əlaqələri qurmaq imkanı yaranıb.

Nazir müavini qeyd edib ki, İran bundan sonra da Azərbaycan ilə iqtisadi, siyasi, sosial və mədəniyyət sahələrində əməkdaşlıq əlaqələrini davam etdirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video