12:43 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İnsanlar ən gözəl yuxuları ay bədirlənəndə görürlər
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
12:03 30.03.2014

 

Alimlər müəyyənləşdirmişlər ki, insanlar ən gözəl və qəribə yuxuları ay bədirlənəndə görürlər. Bu, Hertfordşir Universiteti tərəfindən müəyyənləşdirilmişdir. Mütəxəssislər psixologiya sahəsində ekspert Riçard Uayzman ilə birlikdə minlərlə könüllünün yuxusunu təhlil etmişlər. Eksperiment ay bədirlənən vaxt aparılmışdır. Məlumdur ki, insan orqanizmi bütün sutka ərzində işləyir. Sübut edilmişdir ki, gecələr baş beyni gündüzlə müqayisədə eyni işi yerinə yetirir.  Beyin hətta dərin yuxu zamanı  da səs düzülüşünü mənimsəməyə və onları aydınlaşdırmağa qadirdir. Alimlər sübut etmişlər ki, ay bədirlənən dövrdə insanın baş beyni daha çox fəal olur və daha güclü qavrayır. Məhz buna görə də, biz daha rəngarəng, yaddaqalan və rəngli yuxular görürük.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM