25 Sentyabr 2021 01:42
847
Elm və texnika
A- A+

İnsan lap qədimdən göylərə can atırdı

 

Ucsuz-bucaqsız səmadan keçərək ünvana çatmağımızı təmin edən təyyarələr hazırda ən sürətli nəqliyyat növüdür. Təyyarədən əvvəl isə insanın səmada səyahəti ilk dəfə hava şarı ilə həyata keçirilmişdi.

Bu şarın ixtiraçıları Jozef və Jak Monqolfe qardaşları idi. Onlar 1783-cü ildə parça və kağızdan hazırladıqları şarı  alovun köməyi ilə yaşadıqları Anonnay kəndində havaya qaldırmışdılar. 1 kilometrə qədər yol qət edən bu şardan sonra uçan nəqliyyatın icadına başlanılmışdı.

Bu hədəfə çatan ilk təyyarənin müəllifləri Uilber və Orvill Rayt qardaşlarıdır. Onlar dünyanı dəyişdirən “Flayer” təyyarəsinin ilk pilotlu sınaq uçuşunu 1903-cü ildə 10 km/saat sürətlə Kitti Hauk çimərliyində həyata keçirmişlər. Ərazinin seçilməsi təsadüfi deyildi. Ehtimal edilən qəzanın baş verdiyi halda yumşaq qumun üzərinə eniş nisbətən təhlükəsiz olacaqdı. Məhz elə həmin gün hava olduqca küləkli idi. Bu uçuşdan əvvəl Rayt qardaşları 1901-1902-ci illərdə hazırladıqları təyyarələrlə bir sıra cəhdlər etsələr də, onlar uğursuzluqla nəticələnmişdi.

Qardaşların böyük inam və əzmlə işləməklərinin ardından 1905-ci ildə “Flayer 3” təyyarəsi 19 kilometrlik yolu fasiləsiz uça bildi. Dahi kəşflərinin fərqində olduqları üçün qardaşlar bunu dünyaya çatdırmaq istəyirdilər. Onlar  təyyarələrin satışı üçün Amerika, İngiltərə, Fransa, Rusiya kimi ölkələrə təkliflər göndərdilər. Lakin hökumət onların ağılsız olduqlarının, müraciət etdiyi ölkələrsə özləri də bu icadı edə biləcəklərinin qənaətində idilər.

Sonradan qardaşların bu təklifinə ilk cavabı Fransa dövləti verdi və iddianı dəqiqləşdirmək üçün onların yanına adam göndərdi. Bu xəbərin yayılması Amerikanın da diqqətini çəkdi və 1907-ci ildə Rayt qardaşlarına ilk təyyarə sifarişi verildi. Müraciətlər sərnişinlərin də təyyarədə yer alması yönündə olduğu üçün qardaşlar hazırladıqları təyyarələrə 2 sərnişin oturacağı da əlavə etdilər. Beləliklə, davamlı sifarişlər “Rayt” təyyarə fabrikinin əsasını qoydu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video