17:46 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İnsan bədəni hansı kimyəvi elementlərdən ibarətdir
ANA SƏHİFƏ / SƏHIYYƏ
12:09 02.09.2012
 

Hörmətli redaksiya! Müasir dünyada insan sağlamlığına müxtəlif baxışlar mövcuddur. Bu mövqelər müasir səhiyyədən fərqlənsə də, yeni biliklər baxımından vacibdir. Şərq, Çin, hind və Tibet təbabəti müasir səhiyyənin inkar etmədiyi dərin biliklərlə zəngindir. Bu sahələrdən bəziləri haqqında məlumat verməyiniz oxucular üçün maraqlı olardı.

 

Nüsrəddin Quliyev,

Bakı şəhəri

 

Həqiqətən də, insan orqanizmini qeyri-ənənəvi səhiyyənin gözü ilə nəzərdən keçirmək maraqlı və həm də səhhətinə biganə qalmayanlar üçün faydalıdır. Mendeleyevin kimyəvi elementlər cədvəlinə 106 element daxildir. Yüz il yaşamağı da adi hal sayan yoqlar qidanı seçərkən insan bədənindəki kimyəvi elementlərlə zəngin olan ərzaq məhsullarına üstünlük verirlər. Yoqlar   insan orqanizmindki elementlərdən 26-sına xüsusi fikir verirlər. Bədənimizdəki  bütün elementlərin sayı 60-dan artıq olsa da, Xatxa-yoqlar 26 elementi ən vacibləri kimi diqqət mərkəzində saxlayır və onları iki qrupa ayırırlar. Birinci qrupa aid olan  13 element bizim ümumi çəkimizin 99,59 %-ni təşkil edir və makroelementlər adlanır. Bunlar hansılardır? Oksigen,  karbon,  hidrogen, azot, kalsium, kalium, fosfor, kükürd, xlor, natrium, maqnezium, yod və dəmir. Yəni, yadda saxlamaq lazımdır ki, çəkimizin 0,41%-ni çıxmaqla əsas çəkimiz makroelementlər adlanan  bu 13 elementdən ibarətdir. Makroelementlərdən insan orqanizminin 62%-ni oksigen, 20%-ni karbon, 10%-ni hidrogen, 3%-ni azot, 2,5%-ni kalsium, 0,25%-ni kalium, 1%-ni fosfor, 0,25%-ni kükürd, 0,2%-ni xlor, 0,01%-ni natrium, 0,07%-ni maqnezium, 0,01%-ni yod və 0,01%-ni dəmir təşkil edir.

Deməli, bizim çəkimiz əgər 100 kiloqramdırsa, onun  99 kq, 590 qramı 13 adda makroelementlərdən ibarətdir. 410 qramı isə 13 mikroelementin payına düşür. Beləliklə, aydın olur ki, yalnız ümumi çəkimizin 0,41%-i 13 mikroelementdən (kremni, manqan, mis, molibden, bor, brom, ftor, kobalt, selenium, xrom, litium və  radium) ibarətdir.

Bunları bilmək bizim üçün nə dərəcədə əhəmiyyətlidir?   İnsan orqanizminin cəmi 26 kimyəvi elementdən ibarət olmasını bilmək yoqlar üçün xüsusi məna kəsb edir. Yoqlar sağlamlıqlarına avropalılardan dəfələrlə artıq vaxt ayırdıqları üçün üzün müddətli müşahidələrdən belə qənaətə gəliblər ki, bu kimyəvi elementlərin bədənimizdə qədərindən az və  ya artıq olması  müxtəlif fəsadlar törədir və xəstəliklərə səbəb olur. Lakin düzgün qidalandıqda, bütün kimyəvi elementlərlə qədərincə təchiz edilən və normadan artıq yüklənməyən bədən uzun illər boyu sağlam və gümrah qalır. Məhz bu amilə görə yoqlar tərkibində 26 elementdən ibarət makro və mikroelementlərlə zəngin qidalara önəm verir, onları ciddi öyrənərək qida rasionlarına daxil edirlər.  Yəni, biz də yoqlar kimi qidamızı əsasən bu 26 elementi özündə daşıyan ərzaq məhsullarından təşkil etsək, gümrah yaşamaq şansımız xeyli artar.

Başqa bir maraqlı cəhət isə ondan ibarətdir ki, yoqlar əsrlər boyu apardıqları təcrübələrdən müəyyən xəstəliklərin orqanizmdə məhz hansısa kimyəvi elementlərin çatışmazlığı üzündən baş verdiyini dəqiqləşdiriblər. Ona görə də onlar üçün müəyyən xəstəliklər zamanı ən vacib tədbirlərdən biri də uyğun qida rasionunun seçilməsidir. Ona görə də bədənimizdəki kimyəvi elementlərin hansı qidalarda olması və onların çatışmazlığının törətdiyi fəsadları qısa da olsa nəzərdən keçirək. Yoqlar üçün qidanın qəbulu həyatda ən vacib məsələlərdən biridir. Onlar yaxşı bilirlər ki, uğursuz yeməklər ən ağır xəstəliklərə səbəb olur və düzgün tərtib edilən qida rasionu ən ağır xəstəliklərdən insanı həkimdən daha tez sağalda bilir və xilas edir. Ona görə də bu dəfə sizə makroelementlər haqqında ümumi məlumat veririk. Savadlı həkimlə məsləhətləşsəniz özünüz üçün çətinlik çəkmədən optimal qida rejimini seçər, bir çox xəstəliklərdən müalicə olunarsınız, səhhətinizdə gözlənilə bilən ağırlaşmaların da qarşısını ala bilərsiniz.  

1. Bədənimizin 62 %-i oksigendən ibarətdir. 

Hava okeanının 21%-ni oksigen təşkil edir.  Biz nəfəs alarkən yalnız onun 4-5%-ni mənimsəyrik, qalan 16-17% oksigen isə istifadə olunmamış nəfəslə bədənimizdən xaric olur. Oksigen bizim fiziki bədənimiz üçün ən zəruri element sayılır. İnsan həyatı bu elementin çatışmazlığından şam kimi sönür. Digər tərəfdən, bədənin 63%-ni su təşkil edir və  hər su molekuluna iki oksigen molekulu daxildir. Məhz oksigenin hesabına orqanizmdə əsas proses gedir - həzm, bədənin normal temperaturunun saxlanılması və onun enerji ilə təmin olunması. Bu o deməkdir ki, bizim əsas qidalarımız oksigenlə zəngin olmalıdır. Oksigenlə bütün ərzaq məhsulları, ələlxüsus, şirəli meyvələr, göyərti və tərəvəzlər zəngindir. Bu məhsullar kolori ilə yox, enerji və həyat gücü ilə zəngindir. Həmçinin nəzərə almalısınız ki, hava okeanı da oksigenlə zəngindir və o da bizim qidanın bir hissəsini təşkil edir.    

2. Bədənimizin 20%-i karbondan ibarətdir. Bu, orqanik maddələrin formalaşması üçün əsas elementdir və plastik mübadilənin özülünü təşkil edir.  Yer kürəsində bütün üzvi həyat - kimyəvi əsasını karbon birləşmələri təşkil edən prosesdir. Bitkilər karbonu havadan alır, insan isə bitki və canlı orqanizmlərdən. Məhz karbon birləşmələri bizim bədənimizdə sanki sobada yanırmış kimi alışaraq, orqanizmi enerji ilə təmin edir və funksional fəaliyyətimizi tənzimləyir. Qidadan alınan karbona görə bizim bədənimiz öz hüceyrələrini yaradır.  Lakin karbonun bədənə daxil olan miqdarı müəyyən həddi aşmalı deyil, əks halda, tullantıların artması ciddi funksional pozuntulara səbəb olar. Deməli, qida rasionumuzda karbonla zəngin qidalar ikinci yeri tutmalıdır. Karbonla zəngin qida maddələrinin siyahısına əsasən, tərkibinə karbonlar və piylər daxil olan ərzaqlar daxildir. Piylərin bütün növləri,  dənli, paxlalı, kraxmallı bitkilər, tərəvəzlər, ələlxüsus kartof, banan və sair karbonla zəngindir. Müəyyən xəstəliklər zamanı həkimin tövsiyəsi ilə bəzi karbontərkibli qidaların rasiondan çıxarılması zəruridir. 

3. Hidrogen bədənimizin 10%-ni təşkil edir.

Hər su molekulunun tərkibinə adətən, iki hidrogen atomu daxildir. Beləliklə, hidrogen bütün orqanizmin maye mühitinin formalaşması üçün həyati vacib olan elementdir. Hidrogen aşağıdakı ərzaqların tərkibində kifayət qədərdir: yaşıl tərəvəzlər, şirəli meyvələr, su, süd. Bü qida məhsulları eyni zamanda, oksigenlə də zəngindirlər.

4. Azot bədənimizin 3 %-ni təşkil edir. Zülallardan ibarət amin turşularının molekullarının əsasını azot təşkil edir. Azotsuz üzvi varlıqların fiziki mövcudluğu sadəcə, mümkün deyil. Azotla zülallı ərzaq məhsulları zəngindir. Bu sıraya ət, yumurta, süd, kəsmik, paxlalı bitkilər, müxtəlif ceviz növləri və sair daxildir.

5. İnsanın ümumi çəkisinin 2,5 %-i kalsiumdur.  Kalsiym dişlərin, sümüklərin  formalaşmasında, ürək-damar fəaliyyətinin tənzimlənməsində və əsəb sisteminin fəaliyyətində  ciddi rol oynayır, ana südünün tərkib hissəsinə daxildir. Kalsium qanın qatılaşmasını normal səviyyədə saxlayır, immun sisteminin fəaliyyətini tənzimləyir. Bu elementin çatışmazlığı orqanizmin xəstəliklərə qarşı müqavimətini azaldır. Kalsium çatışmadıqda düşünmək qabiliyyəti zəifləyir, yaddaş pozulur və insanın ruhu halsız,  zəif düşür. Dişlər tez xarab olmağa başlayır, sümüklər möhkəmliyini itirir və insanın normal həyatı mümkünsüz olur. Kalsium toxumalarda böyük miqdarda olur və onun izafi məsrəfi immun sistemini dağıdır, əqli və fiziki sağlamlığa zərbə vurur.  Kalsiumla bütün tərəvəzlər - göyərti, ispanaq, kərəviz, cəfəri və başqaları, şirəli sitrus meyvələri, alma, armud, manqo, ananas, nar, yemiş və üzüm zəngindir. Süd məhsulları, paxlalı bitkilər və qoz da kalsiumla zəngindir (yağdan başqa). Kalsium yumurta, xırda balıq və bütün dəniz məhsullarının da tərkibində kifayət qədərdir.  

6. Kalium insan orqanizminin 0,25 %-ni təşkil edir. Kalium duzları yumşaq toxumaların normal vəziyyətinin qorunmasına xidmət edir, onların elastikliyini mühafizə edir və natrium duzları ilə yanaşı bir sıra proseslərdə iştirak edir. Natrium və kaliumun xassələrinə görə bir-birlərinə yaxın olmalarına baxmayaraq, qeyd etmək lazımdır ki, zərurilik baxımından kalium natriumu üstələyir. Belə ki natriumun orqanizmdə nəzərəçarpacaq dərəcədə çatışmaması boyun inkişafını ləngidir, orqanizmin ümumi müqavimət qabiliyyətini zəiflədirsə, kaliumun çatışmazlığı hətta ölümün baş verməsi ilə nəticələnə bilər.  Bu kimyəvi elementlə tərkibində natrium olan bütün qida məhsulları zəngindir.

7.Natrium insan orqanizminin cəmi  0,1%-ni təşkil edir. Qanın plazmasına natrium duzları daxildir.

Natrium mübadilə və digər proseslərdə vacib rol oynayır. Natriumla tərəvəzlər, meyvələr, süd və karbohidrogenli ərzaqlar və canlı heyvan mənşəli olmayan bütün ərzaqlar zəngindir.

8. Ümumi çəkimizin 0,1%-ni fosfor təşkil edir. Bu kimyəvi element əsəblərin, yumşaq toxumaların, sümüklərin dişlərin və s. formalaşmasında və bərpasında iştirak edir. İstisnasız bütün ərzaq məhsullarının tərkibində müəyyən miqdarda fosfor olur. Fosforla dəniz məhsulları daha zəngindir. Normal qidalandıqda fosforun orqanizmdə çatışmazlığına çox nadir hallarda rast gəlinir. 

9. Ümumi çəkimizin 0,25 faizi kükürdün payına düşür. Mübadilə proseslərində kükürd vacib rol oynadığından onun balansının pozulması insanın ümumi səhhətinə əks təsir göstərir, əsasən, qara ciyər və sidik kisəsinin fəaliyyətində problemlər yaradır.

Soğan, turp, kərəviz, ispanaq, ələnm

əmiş un, arpa və çiy yumurta kükürdlə zəngin qida məhsulları sırasına daxildir.

10. Xlor insan bədənində  0,2% həcmindədir.

11. İnsanın ümumi çəkisinin 0,07%-ni maqnezium təşkil edir.

Dişlərin, sümüklərin və əsəb hüceyrələrinin formalaşmasında iştirak edir.

Maqneziumla zəngin ərzaq məhsulları:

Maqnezium duzları tərəvəzlərin çoxunda, müxtəlif növ cevizlərdə var.

12. Bədənimizin 0,01 faizi yoddur. İnsan orqanizmi üçün yodun az miqdarda tələb olunmasına baxmayaraq, onun çatışmazlığı bütün endokrin sisteminin fəaliyyətinə dağıdıcı təsir edir, sağlamlığın pozulmasının ağır hallarına səbəb olur. Uşaqlarda yod balansının pozulması orqanizmin inkişafında faciəvi fəsadlara gətirir.

Eyni zamanda, orqanizmə təmiz şəkildə daxil olan yod isə həzm olunmur, əksinə, yodun birbaşa qəbul edilməsi ağır zəhərlənmələr və hətta ölümlə nəticələnə bilər.  Ona görə də canlı insan orqanizmi üçün yodun əsas mənbəyi su və tərkibi yodla zəngin qida məhsullarıdır. Yodla müxtəlif növ yaşıl tərəvəzlər zəngindir: soğan, ananas, tamarind, feyxoa və başqa turş meyvələr. Dəniz duzu, dəniz balığı və bütün dəniz məhsulları da yodla zəngindir. Şərq ədviyələrinin tərkibində də müəyyən miqdarda yod vardır.  

13. Bədənimizin 0,1% dəmirdən ibarətdir. Bu o deməkdir ki,  çəkisi 70 kiloqram olan adamın bədənində 70 qram dəmir vardır. Dəmir qırmızı qan kürəciklərində yerləşən spesipik piqment hemoqlobinin tərkibində oksigeni nəfəs orqanlarından bütün toxumalara daşıyır. Bu baxımdan dəmirin insan orqanizmində necə ciddi rol oynaması aşkar görünür. Dəmirlə göyərtilər və yaşıl rəngli tərəvəzlər zəngindir. Meyvələrdən bəzilərində, xüsusən, almanın tərkibində dəmir çox olur.  Dəmirlə  şəkər palması, badımcan, acı qabaq, kartof və yemiş də zəngindir. Dəmirə olan tələbatı təmin etməyin ən yaxşı yolu göyərti və yaşıl tərəvəzlərin istifadə olunmasıdır.

 

Bahadur İMANQULİYEV,

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM