17:26 25 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İngiltərə komandası Almaniyanı məğlub edərək növbəti mərhələyə vəsiqə qazanı
 
ANA SƏHİFƏ / İDMAN
23:48 29.06.2021

 

İyunun 29-da futbol üzrə Avropa çempionatının səkkizdəbir final mərhələsinin növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, Londonda “Uembli” stadionunda İngiltərə və Almaniya seçmələri üz-üzə gəlib. Qarşılıqlı hücumlar şəraitində keçən görüş İngiltərə millisinin qələbəsi ilə başa çatıb - 2:0.

Oyunda hər iki qol qarşılaşmanın sonlarında vurulub. Matçın 75-ci dəqiqəsində Rahim Sterlinq, 86-cı dəqiqəsində isə Hari Keyn komandasının vacib qoluna imza atıb.

İngiltərə növbəti mərhələdə Ukrayna və İsveç matçının qalibi ilə qarşılaşacaq. Həmin görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, dörddəbir final mərhələsinin artıq 3 cütlüyü müəyyənləşib. Belə ki, iyulun 2-də Sankt-Peterburqda İsveçrə-İspaniya, Münhendə Belçika-İtaliya, ertəsi gün Bakıda Çexiya-Danimarka matçları təşkil olunacaq.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM