20 Aprel 2013 01:04
321
Təhsil
A- A+

İnformasiya Texnologiyaları İnstitutunun UNESCO ilə əməkdaşlıq əlaqələri möhkəmlənir

 

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) beynəlxalq əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Artıq 10 ildən çoxdur ki, İnformasiya Texnologiyaları İnstitutu UNESCO ilə birgə layihələrin iştirakçısına çevrilmişdir. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri də qurumun təşəbbüsü ilə 1989-cu ildən başlayaraq hər il keçirilən məktəblilər arasında Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq prosesinin 2007-ci ildən etibarən institutun Tədris-İnnovasiya Mərkəzində həyata keçirilməsidir. Qeyd edək ki, bu mötəbər yarışda Azərbaycan 1993-cü ildən etibarən iştirak etməyə başlamışdır.

Bundan əlavə, 2003-2005-ci illərdə ITU, UNESCO, UNCTAD və UNDP tərəfindən təşkil edilmiş İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin hazırlıq komitəsinin iclaslarında institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev iştirak etmişdir. Alim həmçinin 2005-ci ildə Tunisdə keçirilmiş İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində (WSIS), 2007-ci ildə UNESCO-nun təşkilatçılığı ilə Pekində keçirilən elektron elm problemlərinə həsr edilmiş konfransda və digər beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etmişdir.

İnformasiya Texnologiyaları İnstitutunda UNESCO-nun bir sıra rəsmiləri ilə görüşlər keçirilmişdir.

UNESCO tərəfindən təsis edilən 10 noyabr - Beynəlxalq Elm Gününə həsr olunmuş tədbirdə də İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri fəal iştirak etmişlər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, UNESCO-nun Təhsildə İnformasiya Texnologiyalarının Tətbiqi İnstitutu, IEEE, Qafqaz Universiteti və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə elmi konfranslar keçirilmişdir.

2011-ci ildə UNESCO-nun Təhsildə İnformasiya Texnologiyalarının Tətbiqi İnstitutunun təşəbbüsü, Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirliklərinin dəstəyi ilə "Biliklərə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları: siyasət, pedaqogika, sosial vərdişlər" mövzusunda keçirilən konfrans çərçivəsində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda "Açıq təhsil resursları" mövzusunda seminar təşkil olunmuşdur.

Cari ilin ilk rübündə isə UNESCO ilə əməkdaşlıq çərçivəsində Parisdə WSIS İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin qərarlarının icrası üzrə konfransda institutun direktoru professor R.Əliquliyev iştirak etmişdir.

İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Respublikası Prezidenti yanında UNESCO üzrə Azərbaycanın Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva ilə keçirilən görüşdə isə son 10 ildə institutun UNESCO ilə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində görülən işlər və perspektivlər müzakirə olunmuşdur.

UNESCO ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və birgə layihələrin təşkili İnformasiya Texnologiyaları İnstitutunun prioritet istiqamətlərindəndir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video