17:46 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İnformasiya cəmiyyətində insan resurslarının intellektual idarə olunmasının elmi-metodoloji əsasları işlənilir
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
15:29 06.04.2021

 

İnformasiya Texnologiyaları İnstitutunun nəzdindəki Dissertasiya şurasının “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə elmi seminarın onlayn iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün Zərifə Cəbrayılovanın “İnformasiya cəmiyyəti şəraitində insan resurslarının intellektual idarə olunmasının elmi-metodoloji əsaslarının işlənməsi” mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunub.

Tədbirdə texnika üzrə fəlsəfə doktoru, dosent Z.Cəbrayılova dissertasiya işinin aktuallığı, qarşıya qoyulmuş məsələlər və onların həlli yolları haqqında məlumat verib, əldə edilmiş yenilikləri və onların praktiki əhəmiyyətini, nəşr olunmuş elmi əsərlərin siyahısını diqqətə çatdırıb.

Texnika elmləri doktorları Asif Rzayev, Fərhad Paşayev və texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova dissertasiya işinə dair rəyləri nəzərə çatdırıblar, iddiaçıya irad və təkliflərini bildiriblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM