02:24 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
00:23 23.10.2021 BİLDİRİŞ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İnfeksiyalara yoluxma nəticəsində gözlərdə müxtəlif xəstəliklər yarana bilər
ANA SƏHİFƏ / SƏHIYYƏ
12:14 14.12.2020

Soyuq havalarda immunitet zəifləməsi nəticəsində bədənin həssas orqanı olan gözlər narahat olur və qızartı, qaşınma, sulanma, iltihab və şişkinlik kimi əlamətlər yaranır.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-oftalmoloqu Gültəkin Məmmədovanın AZƏRTAC-a dediyinə görə, gözlərdə belə hallar daha çox payız-qış aylarında fəallaşan infeksiyalarla əlaqədardır: "Yaranan həmin əlamətlər müxtəlif infeksiyalara yoluxma nəticəsində baş verə bilər. Virus, bakterial və göbələk mənşəli infeksiyalar həmin xəstəliklərin yaranmasına səbəb olur. Xüsusən də payız-qış aylarında mövsümü qriplərin törətdiyi virus konyuktivitlər zamanı xəstələrdə həmin şikayətlər müşahidə oluna bilər”.

Həkim-oftalmoloq qeyd edib ki, gözlərin gigiyenasına da xüsusi diqqət yetirmək, nəmləndirici göz damcılarından istifadə etmək lazımdır. Eyni zamanda, təkcə günəşli havalarda deyil, soyuq havalarda da şüalara qarşı qoruyucu eynəklərdən istifadə edilməlidir: "Gözlərdə mövsümü qriplərin törətdiyi fəsadlara daha çox rast gəlinir. Xəstələrdə olan həmin fəsadlar gözdə qızartı, qaşınma, sulanma, şişkinlik kimi əlamətlərlə büruzə verə bilər. Şəxsi gigiyena qaydalarına riayət etməyənlərlə təması məhdudlaşdırmaq və xəstəliyin ilkin əlamətləri müşahidə olunan kimi həkimə müraciət etmək məsləhətdir. Xəstəliyə yoluxmanın qarşısını almaq üçün əllərin tez-tez yuyulması, şəxsi gigiyena qaydalarına riayət olunması, əllərin gözə, üzə və buruna toxunmasının qarşısı alınmalıdır”.

Soyuq hava göz ətrafındakı damarların daralmasına da səbəb ola bilər. Göz infeksiyaları keçici olduğu üçün həmin xəstələrin dəsmal, kosmetik və digər vasitələrindən istifadə etmək olmaz.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM