22:13 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İndoneziya saytları Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində itkin düşənlər barədə məqalələr yayıb

ANA SƏHİFƏ / SİYASƏT
15:08 25.08.2021

Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə 30 avqust Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (itkin düşmüş şəxslər) Günü münasibətilə kütləvi-informasiya vasitələrində yerli dildə məqalələr yayılıb.

AZƏRTAC xəbər verir ki, “kempalan.com”, “jakartatoday.co.id”, “gpriority.com.id” və “wartapenanews.com” saytlarında ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, həmin torpaqların ələ keçirilməsi məqsədilə aparılan hərbi əməliyyatlar nəticəsində çoxsaylı yerli sakinin itkin düşməsi barədə ətraflı məlumatlar əksini tapıb.

Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) Gənclər Təşkilatının hökumətlə əlaqələr şöbəsinin rəhbəri Annisa Fadillahın və “JakartaToday” onlayn xəbər portalının müxbiri Putra Pumamanın ayrı-ayrılıqda müəllifi olduqları məqalələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslər barədə məlum faktlara əsaslanan məqamlar, bu istiqamətdə Azərbaycan tərəfindən atılan addımlar, habelə ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımına dair faktlar yer alıb.

Məqalələrdə mövzu ilə bağlı fotolara da geniş yer verilib.

Sözügedən məqalələrin tam mətni ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq olar:

https://kempalan.com/2021/08/23/penduduk-azerbaijan-yang-hilang-dan-disandera/

https://www.jakartatoday.co.id/berita/detail/ratusan-warga-masih-hilang-sejak-invasi-armenia-ke-azerbaizan-tahun-1990-lalu

https://www.jakartatoday.co.id/berita/detail/azerbaizan-tuding-armenia-tak-terbuka-terhadap-tahanan-perang

https://gpriority.co.id/penghilangan-paksa-dan-penyanderaan-warga-azerbaijan-oleh-armenia/

https://wartapenanews.com/penduduk-azerbaijan-yang-hilang-dan-disandera/



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM