11:33 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İndoneziya KİV-ləri dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş məqalə yayıb
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
15:18 02.04.2021

 

İndoneziyanın nüfuzlu “Minanews”, “akurat”, “gpriority”, “wartapenanews” saytlarında “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin Gəncə şöbəsinin sədri, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Xəzangül Hüseynovanın “Nizami Gəncəvi yaradıcılığında bəşəri ideyalar” məqaləsi yayımlanıb.

AZƏRTAC xəbər verir ki, məqalədə müəllif ədəbiyyatın əbədi zirvəsi sayılan böyük Nizaminin ölməz ideyalarının öz dövrünü xeyli qabaqladığını, “Xəmsə”sinə daxil olan poemalarının özündə Şərq poeziyasının, ən əsası türk poeziyasının mədəniyyət tarixində yeni səhifə açdığını, misilsizlik qazanan poemaların Yaxın və Orta Şərq ədəbiyyatının və incəsənətinin inkişafına böyük təsir göstərdiyini, bunun günümüzə qədər davam etdiyini vurğulayıb. Türk poeziyasının bir çox klassikləri üçün tükənməz ilham mənbəyi olmuş Nizaminin “Xəmsə”sinə çoxlu nəzirələrin yazıldığını, bu nəzirələrin görkəmli türk şairləri Əbdürrəhman Caminin, Əlişir Nəvainin, Xosrov Dəhləvinin və başqa klassiklər tərəfindən də yazıldığını xatırladıb. Nizami Gəncəvinin Gəncədə doğularaq, yaşayıb-yaratmasına baxmayaraq, bəşəriyyət şairi, mütəfəkkiri, filosofu olduğunu qeyd edən müəllif onun “Xəmsə”sinə daxil olan poemaları üzərindən təhlil apararaq, böyük şairin hər əsərində Azərbaycan, o cümlədən türk dünyasının adət-ənənələrinə, folkloruna, əxlaq dünyasına tükənməz sevgisini, məhəbbətini qeyd edib. Habelə Nizaminin əsərlərində türk qadınına yüksək qiymət verdiyini, Fitnə, Şirin, Nüşabə, Azadə kimi qadın qəhrəmanlarına diqqət çəkərək, türk qadınının ağlına, sədaqətinə, fədakarlığına, ismətinə dair dərin miras buraxdığını bildirib. Nizami Gəncəvi yaradıcılığında keçmişlə gələcəyin vəhdət təşkil etdiyini bildirən müəllif onun əsərlərinin bütün dünya poeziyasına “Nizami” möhürünü vurduğunu yazıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM