06 Iyul 2021 17:18
1621
Təhsil
A- A+

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ilk məzunlarına diplomlar təqdim edilib

 

İyulun 6-da Bakıda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ilk məzunlarına diplomlar təqdim edilib.

AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının səhiyyə naziri, Bakıda səfərdə olan Mixail Muraşko, Azərbaycan səhiyyə nazirinin birinci müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və digər rəsmi şəxslər tədbirdə iştirak ediblər.

Filialın rektoru Əziz Əliyev bu ali məktəbin yaradılması tarixi və fəaliyyəti barədə məlumat verib, yüksək ixtisaslı həkimlərin hazırlanmasını daim və hərtərəfli dəstəklədiklərinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. Rektor vurğulayıb ki, filialın ilk məzunları 87 nəfərdir, onlardan 15-i bu adlı-sanlı məktəbi fərqlənmə diplomu ilə bitirib.

Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko da məzunları təbrik edib. Nazir bu böyük humanitar layihənin həyata keçirilməsinə görə Prezident Vladimir Putinə və Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ilk məzunlarına diplomlar təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video