11:52 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


00:14 22.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İmperatorluğun ilk xəstəxanası

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:19 02.05.2021

 

Osmanlı İmperatorluğu dövründə Səlcuqlu dövlətindən miras qalan tibb müəssisələri daha da inkişaf etdirilərək fəaliyyət göstərirdi.

Hətta o dövrdə Kayseridə yaradılan Gevser Nəsibə Xəstəxanası və Qıyasəddin Keyhüsrev Tibb Məktəbi Osmanlı İmperiyasının son dövrünə qədər fəaliyyət göstərmişdir. Eyni zamanda yeni şəfaxanalar da yaradılırdı və bu tibb müəssisələri səhiyyə xidmətləri göstərməklə yanaşı, tibb məktəbi kimi də fəaliyyət göstərir və burada yeni həkimlər yetişdirilirdi.

İmperatorluğun ilk xəstəxanası isə Yıldırım Bəyazit tərəfindən Bursada tikdirilmiş “Yıldırım Darüşşifa” idi (tikilmə tarixi dəqiq bilinmir). Sultan bu xəstəxanada bir baş həkim, üç həkim, iki şərbətçi, iki əczaçı, bir aşpaz və bir çörəkçinin olmasını şərt qoymuşdu.

Darüşşəfada xəstəliklərin ümumi müalicəsi ilə yanaşı, bəzi cərrahi əməliyyatlar da həyata keçirilirdi. Bunlar əsasən qırıq-çıxıqla, bəzi xarici yaralarla bağlı idi. Eyni zamanda burada sinir xəstəliklərinin də müalicəsi aparılırdı.

Bu xəstəxana pulsuz fəaliyyət göstərirdi, həmçinin xəstələrin qidalanma ehtiyaclarını ödəmək üçün 260 dirhəm gümüş, əlavə olaraq da buğda və düyünün verilməsi də qərara alınmışdır.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM