08 Sentyabr 2021 22:29
477
CƏMİYYƏT
A- A+

İmmun sertifikatının müddəti bitəndən sonra iki ay ərzində yalnız bir doza peyvənd vurduranlar da COVID pasportu ala bilərlər

 

Yeni növ koronavirusla (COVID-19) bağlı immun sertifikatının müddəti bitəndən sonra iki ay ərzində yalnız bir doza peyvənd vurduranlar da COVID pasportu ala bilərlər.

AZƏRTAC xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin departament rəhbəri Yaqut Qarayeva deyib.

O bildirib ki, PCR testi müsbət çıxan hər kəsin immun sertifikatı 6 ay keçərli sayılır: "İmmun sertifikatının vaxtı bitdikdən sonra iki ay ərzində bir doza peyvənd vurdurmaq olar. İki aydan çox keçərsə, iki doza vaksin vurulması göstərişdir. Əgər xəstəlikdən 8 ay və ya 1 il keçirsə, koronavirus əleyhinə yalnız bir doza vaksinasiya effektiv deyil. Nəzərə almaq lazımdır ki, 8 ay sonra immunitetin kəskin düşməsi, anticisimlərin sayının azalması müşahidə olunur və ona görə də bir doza effektli olmur. Bu halda vaksin sertifikatı almaq üçün mütləq iki doza vurulmalıdır".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video