19 Iyun 2021 01:31
1149
Elm və texnika
A- A+

İlk rəssam robot

 

Dünyanın ilk rəssam robotu olan Ai-Danın bu yaxınlarda Londonda sayca ikinci sərgisi açılıb. Sərgi mayın 18-dən avqustun 29-na qədər incəsənətsevərlərin ixtiyarına verilib.

İlk sərgisindən 1 milyon dollardan artıq gəlir əldə edən Ai-Danın uğurları hamını təəccübləndirmişdi. Texnologiyanın son nailiyyətlərindən biri olan rəssam robotu 2017-2019-cu illərdə Oksford və Lidz universitetlərinin proqramçı, robot mühəndisləri və psixoloqlarından təşkil olunmuş heyət yaradıb. Robotun adının bir hissəsi dünyada ilk proqramçılardan olan ingilis riyaziyyatçısı Ada Lavleysin şərəfinə qoyulub, digər hissəsi isə ingilis dilindəki suni intellekt (artificial intelligence) sözlərinin baş hərfləridir. Qadın görüntüsündə və insan ölçülərində olan Ai-Danın qolları həqiqətəbənzər rəqəmsal rəsmlər yarada bilən süni intellekt alqoritmikası tərəfindən idarə edilir. Robotun gözlərinə özünü görə bilməsi və gördüklərini kopyalaması üçün kameralar yerləşdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video