01:27 21 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:33 21.09.2021

Sönməyən işıq


00:27 21.09.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlk qəhvəxanalar

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:28 25.07.2021

 

Türkiyənin qida üzrə tanınmış mütəxəssisi Dəniz Gürsoyun “Gastronomiya Tarixi” kitabına görə, ilk qəhvəxanalar 1645-ci ildə Venesiyada, 1650-ci ildə Oksfordda, 1652-ci ildə Londonda, 1672-ci ildə Parisdə və 1679-cu ildə Hamburqda açılıb. Qəhvə Osmanlı Ordusunun 1683-cü ildəki Vyana mühasirəsindən sonra daha geniş yayılıb.

Türk qəhvəsi həmin zaman o qədər məşhurlaşmışdı ki, 1652-ci ildə Londonda açılan ilk qəhvəxanaya “Türkün Başı” adı verilmişdir. Fransada qəhvənin tanınması və yayılması 1669-1670-ci illərdə Osmanlı imperiyasının Parisdəki səfiri Süleyman Ağa sayəsində olub. Hazırcavab və təsiredici xüsusiyyətləri ilə tanınan Süleyman Ağa kral ailəsinə qəhvəni təqdim etdikdən sonra bu içki kralın ətrafındakı zadəganlar arasında yayılıb. Təxminən 1670-ci ilin əvvəlində Parisdə məşhur “Prokopio” qəhvəxanası açılıb. Bu kafe sonradan Volterin, Didronun və Fontenelin görüş yerinə çevrilib.

Vyanada qəhvə evi 1683-cü ildə türklərə qarşı müharibədə ələ keçirilmiş 500 kisə qəhvə qənimətindən sonra açılıb. Bu evi türklərin əsiri olmuş polşalı Georg Kolşitçki yaratmışdı. Almaniyaya qəhvə Fransadan gətirilb və ilk dəfə olaraq 1673-cü ildə Bremendə qəhvə evi təşkil olunub. Az keçməmiş Qəhvə evləri bütün Almaniyada yaradılıb. XVII əsrin sonunda Almaniyanın böyük şəhərlərinin əksəriyyətində artıq qəhvə evləri fəaliyyət göstərirdi.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM