17:15 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlk musiqi alətindən çıxan not

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:38 31.07.2021

 

Melodiyalara ahəng qatan, onları daha da dolğunlaşdıran musiqi alətləridir. Ən qədim musiqi aləti fleyta olaraq bilinir. Onun 50-60 min yaşının olduğu sübut edilib.

 Bu alət dünya əhəmiyyətli  xəzinə hesab edilir. Neandertal fleyta adlanan bu alət 1995-ci ildə Slovakiyada arxeoloq İvan Turk tərəfindən “Divje” mağarasından tapılıb. Fleyta cavan ayının sol bud sümüyündən hazırlanıb, 4 dəlikdən ibarətdir. Tədqiqatçılar bu dəliklərin təsadüfən yerləşdirilmədiyini, musiqi ahənginə uyğunlaşdırılaraq qoyulduğunu təsdiqləyiblər.

Aparılan araşdırmalardan sonra fleytanı çalmaq üçün gildən birəbir eynisi düzəldilib. Məşhur sənətçi L.Dimkaroski hazırlanan bu fleyta ilə Bethoven, Verdi, Ravel kimi bəstəkarların repertuarlarından olan musiqi parçalarını səsləndirib. Hətta o, sonralar bu fleyta ilə konsert də verib. Artıq hər kəs Dimkaroskinin yenidən nəfəs verdiyi bu fleyta ilə çalınan musiqiləri dinləyib  keçmişə səyahət edə bilər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM