03:43 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


00:15 18.09.2021

Dünya sual qarşısında


00:13 18.09.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlin birinci yarısında 267 şəxs barəsində 155 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:10 23.07.2021

 

Bu ilin birinci yarımilində korrupsiya hüquqpozmalarına yol vermiş 267 şəxs barəsində 155 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.

AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 23-də Baş prokuror Kamran Əliyevin sədrliyi ilə keçirilən əməliyyat müşavirəsində məlumat verilib.

Əməliyyat müşavirəsində bildirilib ki, həmin cinayət işlərindən 72 şəxs barəsində 25 iş rüşvət alma (passiv rüşvətxorluq), 66 şəxs barəsində 43 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, 54 şəxs barəsində 30 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 28 şəxs barəsində 15 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 14 şəxs barəsində 8 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və digər faktlarla əlaqədar olub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM