21 Yanvar 2021 18:30
663
İQTİSADİYYAT
A- A+

İlhami Öztürk: Azərbaycanı tekstil mərkəzi edəcəyik

 

Bakıda keçirdiyimiz bütün görüşlərin məqsədi 44 günlük müharibənin yekununda işğaldan azad edilmiş tarixi Azərbaycan torpaqlarına yenidən həyatın qayıtması və orada məskunlaşacaq əhalinin məşğulluğunun təmin edilməsində qardaş Azərbaycana dəstək olmaqdır. Dəstək proqramı istiqamətində daha çox sənaye zavodlarının və tekstil fabriklərinin qurulmasına üstünlük verilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan “TÜMKİAD” İş adamları və Sahibkarlar Dərnəyinin İdarə Heyətinin sədri İlhami Öztürk jurnalistlərə müsahibəsində deyib.

Tekstil sahəsinə ilk mərhələdə 50 milyon dollar sərmayə yatırmağı planlaşdırdıqlarını diqqətə çatdıran İ.Öztürk əlavə edib: “Əslində, investisiya məbləği o qədər də önəmli deyil, belə bir sistemin Azərbaycana gəlməsi daha önəmlidir. Buranı tekstil mərkəzi edəcəyik”.

İ.Öztürk bildirib ki, rəhbərlik etdiyi təşkilat Qarabağda bərpa işlərinə dəstək göstərməyə hazırdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video