01:05 24 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:35 24.01.2021

Xalq artisti Eldar Quliyevə


00:28 24.01.2021

Kəndli razılıq edir


00:21 24.01.2021

Məmmədbəyli türbəsi


00:19 24.01.2021

Saatlı məscidi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlham Əliyevin Qələbəsinin təntənəsi olan tarixi səfər
ANA SƏHİFƏ / SİYASƏT
02:48 26.12.2020

 

"Qarabağ Azərbaycandır!” bəyanatının növbəti nidası Zəngilan və Qubadlıda qoyuldu

 

 

İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. 44 gün davam edən döyüşlər və qazanılan möhtəşəm Qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini, Ali Baş Komandanı olduğu ordumuzun qüdrətini və xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız artıq işğaldan azaddır, onların hamısı yenidən qurulacaq, əvvəlki şöhrətlərini bərpa edəcəklər. İşğaldan azad olunmuş bütün şəhər və kəndlərimizdə həyat canlanacaq.

 

 

Düşməni məhv edərək, zəfər çalaraq qayıtmışıq

 

 

Azad olunmuş Cəbrayıl, Füzuli və Ağdam rayonlarından sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan və Qubadlı rayonlarına səfər etdilər. Əvvəlkilər kimi bu da sıradan bir səfər deyildi. Bu, İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi işğaldan azad etdiyi rayonlarımıza tarixi səfəri idi. Bu, "Qarabağ Azərbaycandır!” deyən və onu reallığa çevirən İlham Əliyevin qələbəsinin təntənəsi olan səfər, xalqımızın 44 günlük müharibədəki Zəfər sevincinin məntiqi davamı idi.

Bu səfər həm də dönüş idi, doğma torpaqlarımıza Böyük Qayıdışın rəmzi, gələcəyə baxışımızın ifadəsi idi. "Otuz il ərzində işğal altında olan torpaqlar öz sahiblərinə qayıdıb. Biz qayıtmışıq. Düşməni məhv edərək, zəfər çalaraq qayıtmışıq”, - deyən İlham Əliyev bir daha Qarabağdan torpaqlarımızın azadlığının, onun əsl sahiblərinin artıq qayıtdığının müjdəsini verdi bütün dünyaya.

İlham Əliyev bu dəfə Azərbaycan bayrağını Qubadlıda və Zəngilanda ucaltdı. Müzəffər Ali Baş Komandan bir daha bütün dünyaya göstərdi ki, işğaldan azad olunmuş bu torpaqlar Azərbaycan dövlətinin ərazisidir. Beləliklə, "Qarabağ Azərbaycandır!” bəyanatının növbəti nidası Zəngilan və Qubadlıda qoyuldu.

 

 

Biz işğalçı düşmənlə yox, həm də vəhşilərlə üz-üzə qalmışdıq

 

 

Cəbrayıldan Zəngilan və Qubadlıya doğru uzanan yollarda Mehriban Əliyevanın etdiyi çəkilişlər bir daha məlum həqiqətləri bütün dünyaya nümayiş etdirdi. Bəli, biz işğalçı, terrorçu düşmənlə yox, həm də vandallarla, vəhşilərlə üz-üzə qalmışdıq. Tarixdən də bəllidir ki, bütün müharibələr zamanı yaşayış məskənlərini, maddi mədəniyyət nümunələrini dağıdanlar yalnız və yalnız mədəni inkişafdan geri qalan, yırtıcı şüur və təfəkkürə malik barbarlar olublar.

30 ilə yaxın idi torpaqlarımızı işğal altında saxlayan qüvvələr isə müasir dövrün barbarlarıdır. Çünki işğal olunmuş kənd və şəhərlərimizin xarabalıqlara çevrilməsi, yağmalanması, təbiətimizə qəsd edilməsi barbarlıqdan, vəhşilikdən başqa bir şey deyil. Düşmən xalqımıza məxsus maddi mədəniyyət abidələrini dağıdıb, məscidlərimizi təhqir edib. Bu gün Ermənistanın müdafiəsinə qalxan siyasi mərkəzlər bunları görməzliyə vurmaqla isə elə öz barbarlıqlarını nümayiş etdirirlər.

"Cəbrayıldan başlayaraq ta Qubadlıya qədər, Zəngilana qədər azad edilmiş torpaqlardan gəlmişəm. Bir dənə də salamat bina yoxdur. Bütün binalar sökülüb, dağıdılıb, kəndlərimizin adları dəyişdirilib, eybəcər adlar verilib, məscidimiz bax, bu günə düşüb. Cavabını verəcək Ermənistan, cavabını verəcək! Veribdir, qovmuşuq torpaqlarımızdan, məhv etmişik onları, onların ordusunu. Əminəm ki, bu görüntülərdən sonra bizə irad tutmağa çalışan "beynəlxalq məmurlar” öz dillərini qarınlarına qoyacaqlar. Biz isə bu məscidi bərpa edəcəyik və bizim vətəndaşlar gəlib burada ibadət edəcəklər, buradan azan səsi gələcək, bu torpaqlara həyat qayıdacaq”, - deyə Prezident İlham Əliyev Zəngilanda mənfur düşmən tərəfindən dağıdılan məscidlə tanışlıqdan sonra bildirdi.

Kənd və şəhərlərimizin dağıdılması hər birimizi göynədir. İşğaldan azad edilmiş bütün ərazilərimiz erməni vandallığının qurbanı olub, şəhər və kəndlərimiz viran qoyulub, xalqımıza və dövlətimizə qarşı cinayət törədilib. Prezident İlham Əliyevin qeyd etdiyi dağıdılmış yurd yerlərimizin qiymətləndirilməsi aparılacaq. Bu işə beynəlxalq qurumlar və xarici ekspertlər də cəlb ediləcək. 30 il ərzində bizə vurulmuş ziyan hesablanacaq və bundan sonra beynəlxalq məhkəmələrdə Ermənistana qarşı təzminat davası açılacaq.

 

 

Zəngilan və Qubadlı qələbələri müharibənin gedişinə təsir edən hadisələr oldu

 

 

Qeyd edək ki, həm Zəngilan, həm də Qubadlı döyüş yolu ilə işğaldan azad edildi. Döyüşlər zamanı ordumuzun rəşadəti ilə işğalçı qoşunların bu rayonlarda məhv edilməsi və qovulub çıxarılması 44 günlük müharibənin gedişinə təsir edən mühüm hadisələr oldu. Prezident İlham Əliyev tərəfindən bu rayonların azad olunmasının elan edilməsi bütün xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı.

Zəngilan şəhərinin oktyabrın 20-də azad olunmasından sonra ordumuzun növbəti hədəfi Qubadlı idi. Qubadlının azad edilməsi isə strateji baxımdan çox əhəmiyyətli idi. Buna görə də işğalçı qoşunlar Qubadlıdakı müdafiə mövqelərini çox möhkəmləndirmişdilər. Lakin Azərbaycan Ordusunun qarşısında onların heç biri duruş gətirə bilmədi və oktyabrın 25-də Qubadlı işğaldan azad olundu. Həm də Qubadlı əməliyyatı zamanı Azərbaycan Ordusu Ermənistan ərazisindən atəşə tutulurdu. "Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu da bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi”, - deyən Prezident İlham Əliyev ordumuzun Qubadlı əməliyyatı zamanı peşəkarlığını yüksək qiymətləndirib.

Qubadlı rayonunun azad edilməsi ordumuzun bu istiqamətdəki hərbi əməliyyatlar zamanı strateji üstünlüyünü təmin etdi. Bundan sonra Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndlərinin azad olunması, eyni zamanda strateji yüksəkliklərin ələ keçirilməsi Laçın dəhlizinin ordumuzun artıq atəş altına düşməsinə yol açdı. Bu strateji uğur ordumuzun digər istiqamətdən Şuşaya doğru irəliləməsinə böyük təkan verdi.

Zəngilan və Qubadlı tarixi Azərbaycan əraziləri, qədim yurd yerlərimizdir. Bu torpaqların hər qarışında, hər addımında zəngin və şərəfli tariximizin, milli-mədəni və mənəvi dəyərlərimizin izi var. Tökülən şəhid qanları ilə bu torpaqlar daha da müqəddəsləşdi. Tezliklə bu rayonların hər birində həyat yenidən canlanacaq və İlham Əliyevin yüksəliş siyasətinin təntənəsi olan Qubadlıda, Zəngilanda və bütün Qarabağda yaşanacaq.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM