21 Avqust 2021 01:12
1984
SİYASƏT
A- A+

İlham Əliyevin Kəlbəcərə və Laçına səfəri Ermənistanın son təxribatlarına ən tutarlı cavabdır

 

“Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir”, - deyən dövlət başçısı səfər zamanı vacib bəyanatlar verdi

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 16-da Kəlbəcər və Laçın rayonlarında səfərdə olublar. Bu səfər də işğaldan azad olunmuş ərazilərə edilən əvvəlki səfərlər kimi, ölkə və dünya ictimaiyyətinə verilən vacib mesajlarla yadda qaldı. Nə idi həmin mesajlar?

Dövlət başçısı Ömər aşırımının ən hündür yerindən ölkəyə müraciət etdi: “Bu aşırımın hündür hissəsində dayanaraq bir daha Azərbaycan xalqını tarixi Zəfər münasibətilə təbrik etmək istəyirəm”. Kəlbəcərə müharibədən sonra ilk dəfə səfər etdiyini, bu bölgənin yenidən bərpa olunub qurulacağını bəyan edən dövlət başçısı ölkə mətbuatına da səsləndi: “1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunun adını dəyişdirərək ona “Vardenis” adı qoymuşdur. Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə bağlı hazırlanan reportajlarda və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilsin. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır”.

Heç yadımızdan çıxmaz: erməni işğalçıları Kəlbəcəri tərk edəndə vaxt istədilər və bizim humanistlik edərək onlara verdiyimiz zamanda 1992-ci ildə kəlbəcərlilərdən onlara qalmış evlərə od vurdular, meşələri qırdılar, infrastrukturu dağıtdılar və torpağa minalar basdırdılar. Torpaqlarımız işğaldan azad edildikdən sonra isə onların törətdikləri bu ağlasığmaz vəhşiliklər dünya ictimaiyyətinə bütün çılpaqlığı ilə, ildırım sürəti ilə yayıldı. Hamı bir daha şahid oldu ki, unitazını belə, dalına sarıyıb qaçan yadelli varvarlar hətta dünyanın ən faydalı və zərif canlısı olan arılara divan tutmuş, yüzlərlə, minlərlə arı pətəyini od vurub yandırmış, bəşər tarixində rast gəlinməyən qəddarlıq və vəhşiliklər törətmişlər. Heç vaxt, heç bir işğalçı belə rəzilliyi özünə rəva bilməzdi. Amma ermənilər bunu da bacardılar.

Halbuki erməni təbliğatçıları yüz illər boyu bu yerlərin, bu torpaqların onların “dədə baba yurdları” olması barədə əfsanələr uydurmuşlar. Fərqinə də varmamışlar ki, əgər üstündə yaşadığın torpağa belə vəhşiliklə divan tutursansa, deməli, bu yerin sahibi deyilsən və heç vaxt da olmamısan.

İşğalçı Ermənistan məğlub edilməsinə baxmayaraq, bu gün də bütünlükdə sülhün və əmin-amanlığın qəddar düşməni kimi qalmaqdadır. Əsrlərboyu faşizm ideologiyası ilə iliyinədək zəhərləndirilən xalqın siyasi elitası da, sıravi insanlarının əksəriyyəti də özlərini faşizmin kölələri kimi yaşamağa məhkum ediblər.

Sadə bir məqama diqqət yetirək: müharibə artıq 9 aydır qurtarıb. Bu müddətdə Azərbaycanın atdığı bütün addımlar sülhə, iqtisadi dirçəlişə və işğal edilmiş ərazilərdə iqtisadiyyatın dirçəlməsinə yönəlib. İşğalçı Ermənistan isə faşizmin quluna çevrildiyini anlamadan revanş siyasətindən əl çəkmir. Paşinyan danışıqlara hazır olduğunu bəyan edir, amma elə bu bəyanatda 30 il erməni vandallığını dilə gətirməyən Minsk qrupundan təkliflər gözlədiyini bildirir.

tün sərhədlərimiz boyu məğlub və məhv edilən erməni ordusu təxribatlar törədir, qatil və cani Sarkisyan Rusiya sülhməramlılarının nəzarəti altındakı Azərbaycan ərazilərində peyda olaraq sərsəm bəyanatlar səsləndirir.

Azərbaycan Prezidentinin Kəlbəcər və Laçına səfəri isə bütün bunlara ən tutarlı cavabdır. O cavab ki, onlar bunun təsirini az sonra görəcəklər, həm də təkcə görməyəcəklər, yaşayacaqlar, əgər ona yaşamaq demək olacaqsa.

Bəs belə olan halda döyüş ritorikası ilə ağzı köpüklənən məğlub Ermənistanın məqsədi nədir? Erməniləri bəşəriyyətə ən qədim, ağıllı və müdrik xalq kimi sırıyan ideologiyanın bünövrəsində hansı məqsədlər gizlədilib. Onların bu ifrat düşmənçilikdə qazancları varmı? Bu sualların tək cavabı var: intihar!

Azərbaycan Prezidentinin səfərini işıqlandıran videogörüntülərdə iki xalqın eyni torpağa necə fərqli münasibətinin bir daha şahidi olduq. Biz azərbaycanlılar tarixboyu qurub-yaratmağa, ermənilər isə dağıtmağa, məhv etməyə can atıblar. Prezident yol boyu görünənləri şərh edir və danışır: “Ermənilər 30 il ərzində bizim torpaqlarımızı ancaq istismar edirdi, təbii sərvətləri talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar - bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq”.

Bəli, qayıtmışıq və qayıdışımızla yenidən tikib-qurmağa başlamışıq. Müharibədən bir neçə ay sonra “Kəlbəcər” yarımstansiyasının tikintisinə başlanmış və 6 ay ərzində işlər sona çatmışdır. İndi də bu ərazilərdə tunel, hava limanı inşa olunur. Erməni işğalçılarının tör-töküntüləri isə Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərimizdə postlar qurur, təxribatlar törətməyə cəhdlər edirlər. Əlavə şərhə ehtiyacı olmayan fərqi görürsünüzmü?

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video