İlham Əliyevin diktəsi və şərtləri danışıqlar prosesində əsasdır
Döyüş meydanında cəzalandırılan Ermənistan Azərbaycana qarşı iddialarından imtina etməyə məcbur oldu
Tarixi günlərini yaşayan Azərbaycanın sentyabrın sonundan başlayaraq cəbhə xəttində həyata keçirdiyi hərbi əməliyyatlar işğal olunmuş torpaqlarımzın bir qisminin azad edilməsi ilə nəticələndi. Bu gün Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarca kənd, strateji yüksəkliklər azad edildi. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır.
Azərbaycan göstərdi ki, istənilən an status-kvonu dəyişmək iqtidarındadır
Bu əməliyyatlar, ilk növbədə, bəzi həqiqətlərə yeni işıq saldı. İlk növbədə, sübut olundu ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən mükəmməl döyüş qabiliyyətinə malik olan hərbi gücüdür. Əks-hücum əməliyyatlarında düşmənə sarsıdıcı zərbələr endirməklə torpaqlarımızı işğaldan azad edən Ordumuz öz qüdrətini göstərdi, Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi modern ordu quruculuğunun uğurlu nəticələri praktik olaraq döyüş meydanında nümayiş olundu.
Digər tərəfdən, İlham Əliyev göstərdi ki, bu münaqişə dondurulmuş qala bilməz və Azərbaycan istənilən an status-kvonu dəyişmək iqtidarındadır. Münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir və danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı. Məqsəd tədricən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən ilhaqına nail olmaq idi. Bunun nəticəsi idi ki, Ermənistan danışıqlar prosesində özünü üstün tərəf kimi aparmğa çalışır, şərtlər irəli sürür, beynəlxalq təşkilatların qərar və qətnamələrini, beynəlxalq ictimaiyyətin çağırışlarını qulaqardına vurur, öz iradəsini diktə etməyə çalışırdı.
Lakin Prezident İlham Əliyev illər ərzində qurulmuş və daim möhkəmləndirilən bu sistemi darmadağın etdi, Azərbaycanın işğalla heç zaman barışmayacağını göstərdi. Sentyabrın 27-dən başlanan müharibə Ermənistanın hərbi-siyasi müstəvidə mövqeyini və iradəsini sarsıtdı.
İlham Əliyev milli maraqlarımızı qətiyyətlə müdafiə etdi
Onu da qeyd edək ki, Prezident İlham Əliyev həmişə olduğu kimi, Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, sərkərdə qətiyyəti və prinsipiallıq nümayiş etdirdi. Ermənistanın havadarları olan dövlətlərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Bir daha sübut olundu ki, milli maraqlarımız Prezident İlham Əliyev üçün ən ali dəyərdir.
Sentyabrın 27-də başlamış hərbi əməliyyatlar Azərbaycan Ordusunun tam qələbəsi ilə nəticələndi. Bundan sonra başlanacaq danışıqlarda isə ölkəmiz diplomatik sferada diktə edən tərəf kimi çıxış edəcək.
Bunun nəticəsi olaraq Ermənistanın danışıqların formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq kimi iddialarının üzərindən birdəfəlik xətt çəkildi. Ermənistan etiraf etdi ki, münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistanın baş naziri artıq 7 şərt irəli sürmür, ona diktə edilən şərtləri qəbul etmək zorundadır. Bu mənada danışıqlar prosesində məhz İlham Əliyev öz iradəsini diktə edəcək, öz şərtlərini irəli sürəcək.
Moskvada əldə olunmuş razılaşmaya əsasən, danışıqlar baza prinsiplərinə əsaslanacaq. Bu zaman BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki yekun aktının tələbləri əsas götürüləcək. Azərbaycanın tələblərindən biri də Ermənistanın irəli sürülmüş şərtləri yerinə yetirməsi, qoşunların işğal olunmuş ərazilərdən çıxarılması qrafikini təqdim etməsidir. Görünən odur ki, Azərbaycanın hərbi sferadakı üstünlükləri düşməni buna vadar edəcək.
Ermənistanın planları alt-üst oldu
Azərbaycanın bu qələbəsinin başqa mühüm tərəfləri də var. Bunlardan biri odur ki, ermənilərin işğal olunmuş ərazilərimizi qanunsuz məskunlaşdırmaq planlarının alt-üst edilməsidir. Artıq bundan sonra heç kəs, o cümlədən Livanda partlayışdan evləri dağılmış ermənilər də Azərbaycan Ordusunun hədəfində və atəş zonasında yerləşən ərazilərə daimi köçmək haqda düşünməyəcək. O cümlədən bu günlərdə Dağlıq Qarabağda yaşayan ermənilərin böyük qismi baş götürərək Ermənistana qaçdı. Onların da böyük qisminin Qarabağa geri dönəcəyi real görünmür. Hər an hərbi əməliyyatların bərpa olun biləcəyini anlayan erməni əhalisi Qarabağı tərk etməkdə davam edəcək. Həmçinin onlar bir daha anladılar ki, Qarabağ azərbaycanlılarındır.
Ölkəmizin qələbəsinin başqa bir mühüm tərəfi isə Ermənistanın Qarabağ iqtisadiyyatının inkişafı ilə bağlı illərdir həyata keçirdiyi bütün planların iflasa uğramasıdı. Bu döyüşlərdə erməni diasporunun, o cümlədən onların cəlb etdikləri digər xarici şirkətlərin Qarabağa yatırdıqları sərmayələr havaya sovruldu. Bundan sonra heç bir şirkət və iş adamı bu ərazilərdə biznes qurmaq barədə düşünməyəcək.
Hər bir addım bizi hədəfə yaxınlaşdırır
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 15 iyul 2020-ci il tarixli iclası zamanı bildirib: "Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”.
Bu günədək aparılan siyasət, atılan addımlar, o cümlədən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçısının bu fikirlərinin tam əsaslı olduğunu təsdiq etdi. İstər danışıqlar masasında, istərsə də hərb meydanında atılan hər bir düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da yaxınlaşdırır.
Artıq münaqişənin "hərbi yolla həlli yoxdur” fikri alt-üst olub. Status-kvo dəyişdi, İlham Əliyev qəti və məntiqli diplomatik gedişlərlə regionun geosiyasi mənzərəsini yenidən formalaşdırdı, Azərbaycan Ermənistanı cəzalandırmaqla danışıqlar prosesinə zidd şərtlərindən imtinaya vadar etdi. Bundan sonrakı danışıqlar prosesi problemin ədalətli həllinə yol açmalı, Azərbaycanın maraqları təmin olunmalıdır. Əks təqdirdə Ermənistanın hərbi yolla cəzalandırılması davam edəcək.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin səhmdarlarının nəzərinə
25 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyində olan struktur idarələrə tələb olunan tikinti...
25 Aprel
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!