09:58 19 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İLHAM ƏLİYEV nümunə göstərir
ANA SƏHİFƏ / SİYASƏT
01:38 27.04.2019


"Məmurun vəzifəsi vətəndaşa xidmət etməkdir”


Xəbər verildiyi kimi, Prezident İlham Əliyev bu günlər Bakının Xəzər rayonunda, Mərdəkan-Qala avtomobil yolunun açılışında da yerli sakinlərlə görüşmüş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Nailiyyətlərin hər bir vətəndaş və ümumilikdə ölkə üçün hansı əhəmiyyət kəsb etdiyini şərh edən dövlət başçısı bildirmişdir ki, "müasir infrastruktur layihələrinin icrası bizim sosial siyasətimizin özülünü təşkil edir, çünki bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və çox çalışırıq ki, hər bir yerdə inkişaf olsun, quruculuq, abadlıq işləri aparılsın”.

Qeyd etmək lazımdır ki, dövlət başçısının son zamanlar sadə insanlarla keçirdiyi hər görüş hesabat xarakterlidir. Belə tədbirlərdə ölkədə görülən işlərlə bağlı Prezident xalqa məlumat verir, həyata keçirilən islahatların, quruculuq işlərinin insanların firavan həyatına, sosial durumunun yaxşılaşmasına kökləndiyini izah edir.

Budəfəki görüş də istisna olmamışdır. Prezident son 15 il ərzində ölkədə 15 min kilometr yol çəkildiyini, bundan sonra da hətta ən ucqar kəndlərə belə, yolların salınmasının davam edəcəyini bildirmiş, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycanın yolların keyfiyyətinə görə dünya miqyasında 34-cü yerə çıxdığını xatırlatmışdır: "Qəsəbələrarası və qəsəbədaxili yollar diqqət mərkəzindədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə göstəriş verilib ki, Bakı qəsəbələrində yol infrastrukturuna çox ciddi fikir verilsin və demək olar ki, indi bu proses geniş vüsət alıb. Əminəm ki, bütün qəsəbələrdə daxili yollar bərpa ediləcək və insanlara rahatlıq verəcək”.

Belə görüşlərdə yaddaqalan əsas məqamlardan biri də sadə insanların aparılan islahatlardan, reallaşan yeniliklərdən razı qalmalarını dilə gətirmələridir. Prezident İlham Əliyevin isə məmnunluğa cavabı bu görüşdəki kimi, səmimiyyətdən doğan hislərin ifadəsi olur: "Çox sağ olun, təşəkkür edirəm. Mən çalışıram və bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim. Ölkə qarşısında duran bütün problemlər öz həllini tapmalıdır.

Son illər ərzində görülmüş işlər göz qabağındadır. Azərbaycan müasirləşir, yeniləşir, hər bir yerdə, hər bir bölgədə və hər bir sahədə çox böyük quruculuq-abadlıq işləri aparılır”.

Dövlət başçısının dediklərini Nazirlər Kabinetinin ənənəvi müşavirələrindəki çıxışlarının davamı kimi də qəbul etmək olar. Yəni Prezident xalqla görüşlərində dövlətin qarşısında duran məqsədlərə aydınlıq gətirir, onların zəruriliyini vurğulayır, islahatların dərinləşməsinın əlavə imkanlar yaradacağını izah edir. "İslahatlar yenilik, müasirlik, nöqsanların aradan qaldırılması, problemlərin həlli deməkdir. Bizdə hər bir sahə üzrə çox aydın təsəvvür və iş proqramı var. Ona görə islahatların dərinləşməsi nəticəsində əldə edilmiş nailiyyətlər, əlbəttə ki, vətəndaşların rifah halını yaxşılaşdırır” deyən dövlət başçısı bununla ölkədə görülən bütün işlərin xalqa xidmət etdiyini bir daha bəyan edir.

Belə görüşlərdəki səmimiyyət, dövlət başçısı ilə yerli sakinlərin eyni məqsədə və eyni nəticələrə köklənən dialoqları həm də iqtidar-xalq birliyinin bariz təzahürüdür. Dövlət nə qədər xalqın qayğılarına, sosial məsələlərin həllinə diqqət yetirirsə, vətəndaşlar da bir o qədər dərindən öz dövlətinə bağlanar, onun tərəqqisi yolunda daha əzmlə çalışmağa səy göstərərlər.

Prezidentin xalqla təmaslarında aydın sezilən məqamlardan biri də odur ki, vətəndaşları narahat edən məsələlər belə görüşlərdən sonra operativ həll olunur və dövlət başçısı bununla hər bir məmura, yerli icra orqanlarının başçılarına nümunə göstərir: "Mən bunu dəfələrlə demişəm. Əfsuslar olsun ki, hər yerdə belə deyil, elə hallar var ki, vətəndaşları incidirlər, onların haqları tapdalanır, onların problemlərinə biganə yanaşılır. Bilirsiniz ki, mən vətəndaşlarla müntəzəm təmasda oluram. Mən vətəndaşlardan həm problemləri, həm də müsbət tərəfləri eşidirəm. Ona görə hər bir dövlət məmuru bilməlidir ki, onun başlıca vəzifəsi vətəndaşlara xidmət etməkdir və mənim də tələbim bundan ibarətdir. Ancaq buna nail olmaq üçün çox ciddi ictimai nəzarət olmalıdır. Ona görə insanları narahat edən məsələlər - harada ki nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir. Onlar müraciətdə öz əksini tapmalıdır ki, biz bunları həll edək”.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM