22:05 19 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:57 19.09.2021

Saxta erməni iddiaları


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlham Əliyev növbəti möhtəşəm layihəsini gerçəkləşdirir

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:39 03.07.2021

 

Xəzər sahilində yaradılan azad iqtisadi zona qeyri-neft sektorunun lokomotivinə çevriləcək

 

Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas məqsədi ölkənin hərtərəfli inkişafına nail olmaqdır. Bunun üçün də qeyri-neft sektorunu inkişaf etdirmək vacibdir.

İndiyədək bu istiqamətdə xeyli iş görülüb. Xüsusilə texnoparkların və sənaye zonalarının yaradılması sayəsində qeyri-neft sektorunda məhsul istehsalı ildən-ilə artmaqda davam edir.

Prezident İlham Əliyevin iyulun 1-də təməlqoyma mərasimində iştirak etdiyi Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması bu sahədə daha böyük dönüşə səbəb olacaq. Çünki indiyədək azad iqtisadi zonalar mövcud olduqları ölkələrdə iqtisadi inkişafa böyük töhfələr verib. Azərbaycanın da bu təcrübədən istifadə etməsi, şübhəsiz ki, ölkəmizə yeni uğurlar qazandıracaq. Ələt Azad İqtisadi Zonasının yüksək səviyyədə fəaliyyət göstərməsi üçün ölkəmizdə lazım olan bütün imkanlar mövcuddur.

Təməlqoyma mərasimində dövlət başçısına məlumat verildi ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektarı əhatə edir. Bunun 60 hektarında layihələndirmə işləri tamamlanıb və inşaat işlərinə başlanılıb. Burada investorların fəaliyyətə başlaması üçün lazım olan bütün zəruri infrastruktur yaradılacaq.

Qeyd edək ki, azad ticarət zonalar (AİZ) daha çox ABŞ-da geniş yayılmışdır. Onların yaradılması 1934-cü ildə ABŞ-da qüvvəyə minən xüsusi qanunla başlanmışdır. Bunun da məqsədi ticarətin həvəsləndirilməsi, ticarət əməliyyatlarının sürətlənməsi, ticarət xərclərinin azaldılması olmuşdur. Qanunda göstərilir ki, hər bir rəsmi limanda heç olmazsa bir azad xarici ticarət zonası yaradıla bilər. Azad ticarət zonalarına misal olaraq nəhəng beynəlxalq aeroportlarda yaradılmış “Duty free” adlanan xüsusi mağazaları göstərmək olar. Maliyyə rejimi nöqteyi-nəzərindən azad ticarət zonalarına dövlət sərhədindən kənarda yerləşən bir zona kimi baxılır. Azad ticarət zonalarına həmçinin güzəştli ticarət rejiminə malik ənənəvi azad limanları da aid etmək olar. Hazırda dünyada 600-dən çox azad liman və 4000-ə qədər azad ticarət zonası mövcuddur.

1973-cü il mayın 18-də Kiotoda keçirilən gömrük prosedurlarının sadələşdirilməsi və harmonikləşdirilməsi üzrə beynəlxalq konvensiyada göstərilir ki, azad zona (franko zona) dedikdə, ölkə ərazisinin hər hansı bir hissəsi başa düşülür ki, burada məhsullara milli gömrük ərazisindən kənarda (gömrük eksteritoriallığı prinsipi) olan bir obyekt kimi baxılır və buna görə də onlar gömrük nəzarətindən keçirilmir, vergiyə cəlb edilmirlər. Başqa sözlə desək, azad iqtisadi zona xüsusi rejim altında fəaliyyət göstərən ölkə ərazisinin bir hissəsidir. Azad iqtisadi zonalarda yerləşən təsərrüfat subyektləri xüsusi qanunvericiliyi özündə əks etdirən rejim altında fəaliyyət göstərirlər və onların bu fəaliyyəti tənzimlənir. Bu da özündə aşağıdakı vacib məsələləri əhatə edir: gömrük tənzimlənməsi; vergiyə cəlbetmə; lisenziyalaşdırma; viza rəsmiləşdirilməsi; bank fəaliyyəti; mülkiyyət və girov münasibətləri (o cümlədən, torpağa sahiblik hüququna dair məsələlər); konsessiyanın (imtiyazın) verilməsi; azad zonanın idarə edilməsi. Azad iqtisadi zonaların müəyyənedici xüsusiyyətlərindən biri də əmək və sosial qanunvericilik aktlarının belə ərazilərdə tətbiq olunmasıdır.

Azad zonaların problemlərinə həsr edilmiş müasir nəzəri işlərdə onların mahiyyəti daha geniş izah olunur: onlar dövlətin iqtisadi proseslərə müdaxilə etməsinin həcminin azaldılması aləti kimi göstərilir. “Azad zona” anlayışına bu cür izahat verilməsi, onun təsərrüfatlaşdırmanın preferensial rejiminin fəaliyyəti ilə əlaqədar bütün prosesləri əhatə etməsi deməkdir. Bu cür yanaşmaya görə “azad zona təkcə ayrılmış, xüsusi bir coğrafi ərazi deyil, əksinə, milli iqtisadi məkanın bir hissəsi olmaqla, burada ölkənin digər yerlərində istifadə olunmayan müəyyən güzəşt və stimullar sistemi tətbiq edilir”.

Azad iqtisadi zonaların yaradılması bir qayda olaraq ayrı-ayrı ərazi və regionların iqtisadi inkişafına, konkret prioritet iqtisadi məsələlərin həllinə, strateji proqram və layihələrin reallaşdırılmasına yönəldilmiş ciddi bir işdir. Təcrübə göstərir ki, azad iqtisadi zonalarda yaradılmış güzəştlər sistemi bu ərazidə reallaşdırılan proqramlarla birbaşa və sıx əlaqəyə malikdir. Dünya təsərrüfatındakı təcrübəyə əsaslanaraq onu da qeyd edək ki, AİZ-in yaradılması zamanı bəyan edilən ilkin məqsəd və vəzifələr demək olar heç vaxt faktiki inkişafın nəticələri ilə üst-üstə gəlmir. Azad iqtisadi zonaların yaradılmasında iki yanaşma mövcuddur. Onların yaradılmasının ərazi konsepsiyası özündə tətbiq edilən ölkənin digər ərazilərindən ayrılmış elə bir ərazisini əks etdirir ki, burada yerləşən müəssisələr üçün xüsusi güzəştli rejim tətbiq edilir. Nöqtəvi konsepsiyaya görə isə yaradılan azad iqtisadi zonalarda güzəştli rejimlər yalnız sahibkarlıq fəaliyyətinin müəyyən bir növünə şamil edilir. Bu zaman təsərrüfat subyektlərinin coğrafi yerləşməsi heç bir əhəmiyyət daşımır. Misal kimi nöqtəvi zonalara Meksikadakı “Makiladoras” ərazisini göstərmək olar. Bu konsepsiya firmalara öz fəaliyyətlərini həyata keçirmək üçün istədikləri optimal rayonu seçməyə imkan yaradır. Azad iqtisadi zonaların yaradılmasında başlıca məqsəd ölkələrin beynəlxalq əmək bölgüsündə baş verən inkişaf proseslərinə fəal surətdə qoşulmaqdır. Söhbət ixrac üçün rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi və bu yolla da valyuta daxilolmalarının artımının təmin edilməsindən gedir.

Bəs azad iqtisadi zonanın yaradılması ölkəmizə nə verəcək? Məlumdur ki, indi dünyada yeni texnologiyalardan istifadə etməklə maya dəyəri aşağı, keyfiyyəti yüksək olan və daha çox məhsul istehsal etmək uğrunda ciddi bir yarış gedir. İndi dünya bazarında layiqli yer tutub onun qorunması qeyd edilən amillərdən asılıdır. Ələt Azad İqtisadi Zonasının yaradılmasında da əsas məqsəd budur.

Burada qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməklə, innovativ texnologiyalardan yararlanmaqla xarici investisiyaların cəlb edilməsi başlıca məqsəd daşıyır. Bununla yanaşı, həmin prosesə yerli şirkətləri də cəlb etməklə ölkə iqtisadiyyatının dinamik inkişafına nail olmaq qarşıya qoyulur. Yerli şirkətlərin xarici şirkətlərlə birlikdə fəaliyyət göstərməsi ölkəmizdə qabaqcıl texnologiyalarla tanışlıqla bərabər, milli kadrların yetişdirilməsində də mühüm rol oynayacaq.

Azad iqtisadi zonaların yaradılmasını çox ölkələr istəyir. Ancaq bütün ölkələr bu imkandan istifadə edə bilmir. Bunun üçün ilk növbədə həmin ölkədə siyasi sabitlik və dinamik inkişaf mövcud olmalıdır. İkincisi, münbit investisiya mühitinin olması zəruridir. Üstəlik, investisiyaların qanunla qorunması mütləq şərtdir. Digər tərəfdən, ölkə mükəmməl nəqliyyat-infrastruktura malik olmalıdır və dünya bazarına çıxışda problem yaşamamalıdır. Azərbaycanda qeyd edilən bütün bu şərtlər mövcuddur. Məsələn, Ələt Azad İqtisadi Zonası Ələt Beynəlxalq Dəniz  Limanında yerləşir. Eyni zamanda beynəlxalq əhəmiyyətli “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin də ölkəmizin ərazisindən keçməsi bu zonaların yaradılmasına müsbət dinamika qatan faktorlardır.

Ümumiyyətlə, Azərbaycan dünyada mükəmməl infrastruktura malik ölkə kimi tanınır. İnvestisiyaların cəlb edilməsində bu amil mühüm rol oynayır. İnvestorlar bu məsələdə daha çox beynəlxalq təşkilatların açıqladığı hesabatlara etibar edirlər. Dövlət başçısının dediyi kimi, investorlar ilk növbədə, Dünya Bankını “Doing Business” hesabatlarına və Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəllərinə baxırlar. Davos Forumunun hesabatında ölkəmiz elektrik enerjisi təchizatı sahəsində dünyada 2-ci, dəmir yolu xətlərinin səmərəliliyinə görə, 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə, 12-ci, avtomobil yollarının keyfiyyətinə görə, 24-27-ci yerlərdə qərarlaşıb. Xəzər gəmiçilik xidmətlərinə görə isə 25-ci yeri tutub. Bütün bu üstünlüklərə nail olmağımızın əsas səbəbi ölkəmizdə vaxtında həyata keçirilən infrastruktur layihələridir. Sözsüz ki, həmin layihələrin icrası üçün ölkəmizdə geniş miqyasda sosial-iqtisadi islahatlar aparılıb. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanda dünyanın 190 ölkəsi arasında aparılan uğurlu islahatlara görə, 28-ci yerə layiq görülüb.

Bir faktı da xüsusilə qeyd etmək lazımdır. Prezident İlham Əliyevin  uzaqgörənliklə apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmiz beynəlxalq əhəmiyyətli nəqliyyat qovşağına çevrilib. Əlbəttə, bu, ölkəmizə asan başa gəlməyib. Belə ki, həmin layihələrin icrasına böyük dövlətlər və beynəlxalq güclər hər vəchlə mane olmaq istəyirdilər. Bunun üçün ölkəmizə müxtəlif yollarla siyasi və maliyyə təzyiqi göstərirdilər. Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolu xətti çəkilərkən Gürcüstan ərazisindən keçən hissənin yenidən qurulmasına beynəlxalq banklar vasitəsilə kreditlərin qoyulmasına mane oldular. Belə olan halda Prezident İlham Əliyev siyasi qətiyyət göstərərək bu xəttin maliyyələşməsini ölkəmizin vəsaiti hesabına həyata keçirdi. İndi bunun sayəsində “Şərq-Qərb” və “Şimal-Cənub” marşrutlarının açar ölkəsi Azərbaycandır.

Ələt Azad İqtisadi Zonasının yaradılması ölkəmizdə iqtisadi inkişafa təkan verməklə yanaşı, sosial məsələlərin həllinə də geniş imkanlar açacaq. İlkin hesablamalara görə, bu iqtisadi zonada 10 min yeni iş yeri açılacaq. Belə hal insanların gəlir əldə etməsinə və öz güzəranlarını yaxşılaşdırmağa imkan verəcək. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Ələt Azad İqtisadi Zonasının ölkəmiz üçün əhəmiyyətini vurğulayaraq demişdir: “Beləliklə, bir ildən sonra - gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq. Əminəm, biz görəcəyik ki, bax burada göstərilən mənzərə həyatda öz əksini tapacaq. Çünki bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirdiyimiz layihələr uğurla başa çatıb”.

 

Rüstəm KAMAL,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM