15 Oktyabr 2011 06:10
469
İDMAN
A- A+

İki qardaş ölkənin jurnalistləri futbol meydanında

 

İstanbulda Türkiyə və Azərbaycanın jurnalistlərdən ibarət komandaları arasında futbol matçı keçirilmişdir.

Türkiyə İdman Jurnalistləri Cəmiyyətinin (TİJC) stadionunda təşkil olunmuş dostluq görüşü mətbuat nümayəndələri, eləcə də azarkeşlər tərəfindən maraqla qarşılandı. 

Matçdan əvvəl komandamızı TİJC-nin baş katibi Əhməd Çakır qarşıladı. Jurnalist futbolçulara uğurlar arzulayan Əhməd bəy qeyd etdi ki, futbol matçı hər iki ölkənin media təmsilçilərini qarşılıqlı əməkdaşlığa cəlb etmək və bir-birini tanımaq baxımından çox əhəmiyyətlidir: "Belə bir matçın keçirilməsi barədə azərbaycanlı həmkarlarımızın irəli sürdüyü təklifi böyük məmnuniyyətlə qarşıladım. Çünki ilk dəfə qardaş ölkənin idman jurnalistləri ilə görüşəcəkdik. Biz bir çox ölkələrin idman jurnalistləri ilə futbol matçları təşkil etmişik. Lakin bir millət, iki dövlət olduğumuzdan qardaş Azərbaycanla belə bir matçın keçirilməsi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. İnanırıq ki, bu oyun iki ölkənin jurnalistləri arasında sıx əlaqələrin qurulmasında mühüm rol oynayacaq".

Görüş başlamazdan əvvəl komandamızın üzvü Fərhad Həsənov AFFA-nın vımpelini, Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş kitabı, eləcə də komanda üzvlərinin imzası olan topu türkiyəli jurnalistlərə hədiyyə etdi. Öz növbəsində, rəqib komandanın kapitanı Əhməd Çakır jurnalistlərimizə TİJC-nin döş nişanını təqdim etdi.

Oyuna  gəlincə, daha təcrübəli olan türkiyəli jurnalistlər 6:4 hesabı ilə qalib gəldilər. Komandamızın heyətində Emin Abbasov dubl etdi, Sərxan Abışovla Hikmət Yaqubov hərəyə bir dəfə fərqləndilər.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

 

İstanbul

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video