17 Mart 2021 13:59
642
Mədəniyyət
A- A+

İki ayda əcnəbilər Azərbaycana əsas etibarilə qeyri-turizm məqsədilə gəlib

 

İki ayda əcnəbilər Azərbaycana əsas etibarilə qeyri-turizm məqsədilə gəlib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül cari ilin ilk aylarında da davam edib. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən bu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 123 ölkəsindən 72,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

Yanvar-fevral aylarında ölkəmizə gələnlərin 33,3 faizi Rusiya Federasiyası, 28,8 faizi Türkiyə, 14,9 faizi İran, 10,4 faizi Gürcüstan, 2,4 faizi Ukrayna, 1,2 faizi Böyük Britaniya, 1 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Qazaxıstan, Özbəkistan və Türkmənistan, 0,6 faizi İtaliya, 0,5 faizi Almaniya, 0,3 faizi ABŞ, 4,5 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 94,7 faizini kişilər, 5,3 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-fevral aylarında Gürcüstandan gələnlərin sayı 16,3 dəfə, Qazaxıstandan 11,1 dəfə, Türkmənistandan 10 dəfə, Özbəkistandan 6,3 dəfə, Rusiya Federasiyasından 5,1 dəfə, Ukraynadan 4,5 dəfə, Böyük Britaniyadan 4,4 dəfə, Belarusdan 2,6 dəfə, İrandan 2,5 dəfə, Türkiyədən 2,3 dəfə azalıb.

Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə ümumilikdə körfəz ölkələrindən gələnlərin sayı 5,6 dəfə azalaraq 11 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,2 dəfə azalaraq 28,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,3 dəfə azalaraq 2,8 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73 faizi dəmir yolu və avtomobil, 23,2 faizi hava, 3,8 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Keçən ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 13,5 dəfə azalaraq 60,9 min nəfər olub. Ölkə vətəndaşlarının 47,3 faizi Türkiyəyə, 17,3 faizi Rusiya Federasiyasına, 10,5 faizi Gürcüstana, 8,3 faizi İrana, 16,6 faizi digər ölkələrə səfər edib. Gedənlərin 77,7 faizini kişilər, 22,3 faizini qadınlar təşkil edib. Bu dövrdə ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 62,4 dəfə, Gürcüstana gedənlərin sayı 37,5 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 13,5 dəfə, Türkiyəyə gedənlərin sayı isə 2,8 dəfə azalıb.

Cari ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 30,5 faizi dəmir yolu və avtomobil, 62,2 faizi hava, 7,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video