03 Sentyabr 2021 00:46
800
İQTİSADİYYAT
A- A+

İİTKM ilə ABŞ-ın Nevada Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə ABŞ-ın Nevada Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb.

Sazişdə fakültə müəllimlərinin səfərləri, mübadilə proqramları, birgə tədqiqat fəaliyyətləri, seminarlar və akademik iclaslarda iştirak, akademik materialların və digər məlumatların mübadiləsi və qısamüddətli akademik proqramlar əməkdaşlıq sahələri kimi müəyyən olunub. İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Nevada Universiteti qloballaşan və biliklərə əsaslanan iqtisadiyyatda sürətli innovasiyanı rifahın əsas amili kimi qəbul edir. Bu məqsədlə universitetdə yaradılmış İnnovasiya Ekosistemi kommersiyalaşdırma, regional əməkdaşlıq və fakültələr arasında rəqabəti prioritet seçərək universiteti sənaye və sahibkarlarla birləşdirir, iqtisadi inkişafa və iş yerlərinin yaradılmasına əhəmiyyətli dərəcədə kömək edir və eləcə də tələbə və fakültə səviyyələrində startapların yaradılmasına dəstək verir. İndiyədək İnnovasiya Ekosistemi startapları tərəfindən 70 milyon dollardan artıq məbləğdə vəsait və 150-dən artıq şirkət cəlb edilib. Hazırda İnnovasiya Ekosistemində 20-dən artıq şirkət universitetin özündə fəaliyyət göstərir ki, bunun vasitəsilə 300-dən çox iş yeri yaradılıb. Universitetdə yaradılan “Reno-Tahoe” adlı qlobal texniki hab “Apple”, “Google”, “Tesla”, “Amazon”, “Tesla Gigafactory”, “Microsoft Licensing”, “Switch”, “Panasonic”, “Sierra Nevada Corporation” kimi sənaye liderlərinin təmsil olunduğu texnologiya mərkəzidir.

Nevada Universitetinin Beynəlxalq Biznes Proqramları üzrə məsul direktoru, professor Mehmet Serkan Tosun bildirib ki, sazişin imzalanmasında əsas məqsəd Nevada Universitetinin İqtisadiyyat fakültəsinin elmi işçiləri və İİTKM-in tədqiqat qrupu ilə birgə iqtisadi təhlil və tədqiqatların aparılması sahəsində çalışmaq, mərkəzin iqtisadi tədqiqatlar potensialını artırmaq və bu sahədə beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir.

Qeyd edilir ki, Nevada Universiteti 1874-cü ildə ABŞ-ın Nevada ştatında yaradılıb və hər il 5100 nəfər tələbə bu universitetdən məzun olmaqla, ümumilikdə 150-dən artıq dərəcə və sertifikatlar verilir. 2019-cu ildə Nevada Universiteti ali təhsil müəssisəsi üçün ən prestijli fəxri adlardan biri olan “R1- ən yüksək səviyyəli tədqiqat fəaliyyətinə malik ali təhsil müəssisəsi” kimi Ali Təhsil Müəssisələrinin Karnegi Təsnifatı tərəfindən 130 universitetdən biri olaraq seçilib. Bu, xüsusilə müstəsna səviyyədə tədqiqat fəaliyyətinə malik doktorantura təhsili verən universitetlər üçün nəzərdə tutulur. Hazırda Nevada Universitetində 60-dan çox tədqiqat mərkəzi və laboratoriya fəaliyyət göstərir.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video