23 Sentyabr 2021 16:14
774
CƏMİYYƏT
A- A+

İƏT-in nümayəndə heyəti Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırılıb  

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət nümayəndə heyəti ilə görüşüb.

Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, Səbinə Əliyeva qonaqlara Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzkarlıq, işğalçılıq və terror siyasəti nəticəsində soydaşlarımızın insan hüquqlarının kobud şəkildə pozulması, mülki əhaliyə qarşı törədilən müharibə cinayətləri barədə ətraflı məlumat verib.

Müvəkkil 2020-ci il sentyabrın 27-dən Ermənistanın növbəti ərazi iddiaları ilə ölkəmizə qarşı təcavüzü zamanı yaşayış obyektlərinə, sosial infrastruktura, mədəni-tarixi abidələrə, eyni zamanda, mülki əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə olunması nəticəsində uşaq, qadın, ahıllar da daxil olmaqla çoxsaylı insan tələfatı və dağıntıların olduğunu bildirib. Ombudsman Səbinə Əliyeva vurğulayıb ki, Azərbaycan Respublikası özünümüdafiə hüququndan istifadə edib və öz əzəli torpaqlarının bütövlüyünün bərpası məqsədilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun əks-hücum əməliyyatları başlaması ilə 44 günlük Vətən müharibəsi nəticəsində tarixi ədalət bərqərar olunub və işğal altındakı ərazilərimiz azad edilib.

Görüşdə səfər çərçivəsində həyata keçiriləcək faktaraşdırıcı missiya, Ermənistanın Azərbaycan ərazilərində törətdiyi müharibə cinayətləri, mədəni abidələrin dağıdılması faktları və həyata keçirilmiş ekoloji terrorun nəticələri barəsində müzakirələr aparılıb.

İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Saed Mohamed Abdulla Omair Alğafeli Azərbaycan ombudsmanı Səbinə Əliyevaya dəvətə görə öz dərin təşəkkürünü bildirib.

Xatırladaq ki, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Saed Mohamed Abdulla Omair Alğafeli, sədrin müavini Hacı Ali Açıkgül, Komissiya katibliyinin direktoru Javed Saqlain, Komissiya katibliyinin icraçı direktoru Butt Marğoob Saleem, işğaldan azad edilmiş, həmçinin Vətən müharibəsi zamanı hərbi əməliyyatların aparıldığı ərazilərdən uzaqda yerləşən, mülki əhali və obyektləri hədəfə alan raket hücumları nəticəsində dağıdılmış ərazilərdə birgə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə ombudsmanın dəvəti ilə ölkəmizdə rəsmi səfərdədirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video