08 Aprel 2021 21:24
619
SİYASƏT
A- A+

İƏT-in Baş katibi: Ermənistanın işğal etdiyi ərazilərdə məscidləri dağıtması əsl vandalizm aktıdır

 

Otuz illik işğaldan sonra Azərbaycan torpaqları azad edilib və əsl sahiblərinə qaytarılıb. Bu münasibətlə Azərbaycan Prezidentini və xalqını təbrik edirəm. Bu, bütün İslam dünyasının qələbəsidir. İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərdən biri olan Azərbaycan öz hüquqlarını bərpa edib. Bu, həqiqətən də tarixi hadisə və zəfərdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri aprelin 8-də xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymin deyib.

O qeyd edib ki, qarşıda böyük yenidənqurma işləri var. Minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsi çox ciddi məsələdir və yenidənqurma işlərini ləngidir.

Baş katib deyib ki, Ermənistan işğal etdiyi ərazilərdə məscidləri də dağıdıb. Bu, əsl vandalizm aktıdır. Bütün beynəlxalq təşkilatlar Qarabağda yenidənqurma işlərini dəstəkləməlidirlər. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın bütün səylərini dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video