17 Fevral 2013 01:02
384
Təhsil
A- A+

«IDEA üçün ideyalar» layihə müsabiqəsi keçirilmişdir

 

IDEA (İnternational Dialogue for Environmental Action) - Ətraf Mühitin qorunması üzrə Beynəlxalq Dialoq Kampaniyası və "PwC Azərbaycan"  "PwC" tərəfindən 2012-ci il oktyabr ayında başladılmış "İstedadlar klubu" layihəsi ilə əməkdaşlıq çərçivəsində növbəti təşəbbüsün təqdimatını keçirmişlər.

IDEA Kampaniyasından  AzərTAc-a bildirmişlər ki, "PwC"nin "İstedadlar Klubu" Azərbaycanın tələbələri üçün nəzərdə tutulan və gələcəkdə karyera həyatında zəruri olan biznes  biliklərini təmin etməyə yönələn bir proqramdır. "PwC"nin "İstedadlar klubu"nun üzvləri Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin tələbələridirlər. Tələbələr minlərlə gənc arasında bir neçə müsabiqə mərhələlərindən uğurla keçərək layihədə iştirak etmək üçün seçilmişlər.

Hazırda layihə çərçivəsində bu tələbələrin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi məqsədilə onlara müntəzəm olaraq "Biznes yazışma", "Korporativ maliyyə", "Ünsiyyət bacarıqları", "Aparıcı araşdırma üsulları", "Komanda işi", "İctimaiyyətlə əlaqələr strategiyası", "Layihələrin idarə edilməsi" və s.  mövzularda müxtəlif məşğələ-təlimlər keçirilir.

Layihənin başlandığı gündən IDEA Kampaniyası tələbələrin ətraf mühit istiqamətində də inkişafı üçün öz töhfəsini verməkdədir. Belə təşəbbüslərdən biri "IDEA üçün ideyalar" adlı layihə daxilində müsabiqənin keçirilməsi olmuşdur.

Tələbələr üç qrup halında Azərbaycan Respublikasında ətraf mühit məsələləri haqqında ictimaiyyətin məlumatlılıq səviyyəsinin artırılması üçün onlayn keçirilə biləcək layihə təkliflərini təqdimat şəklində IDEA Kampaniyasının Resurs Mərkəzində keçirilən daxili müsabiqəyə təqdim etmişlər.

Münsiflər heyəti tərəfindən müxtəlif peşəkar meyarlar əsasında qiymətləndirilən təqdimatlardan birinci yeri qazanan layihə təklifi IDEA Kampaniyası və "PwC Azərbaycan"ın dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulur.

2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA (İnternational Dialogue for Environmental Action) - Ətraf Mühitin qorunması üzrə Beynəlxalq Dialoq Kampaniyası həmin vaxtdan bugünədək bir çox nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etməklə yanaşı, qlobal ekoloji şəbəkənin yaradılmasına da öz töhfəsini verməkdədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video