30 Iyul 2021 11:29
601
SİYASƏT
A- A+

İdarələrarası Mərkəzin işçi qrup heyətinin işğaldan azad olunan ərazilərə səfəri başlayıb

 

İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri və Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupları işğaldan azad edilmiş ərazilərə səfərinin əsas məqsədi ərazidə aparılan işlərlə tanışlıqdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işçi qrupun səfəri zamanı öncə Füzuli rayonunda yerinə yetirilən işlərə baxış keçirilməsi nəzərdə tutulub. Füzuli rayonunda iki işçi qrupu - Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə və Şəhər Şəhərsalma məsələləri üzrə nümayəndələr iştirak edir. Səfər proqramına uyğun olaraq hava limanına baxış keçiriləcək, həmçinin şəhərin ərazi planlaşdırmasına dair sənədin hazırlanması təqdimatı nəzərdə tutulub. Daha sonra Füzuli-Hadrut yolunda minatəmizləmə işləri ilə tanışlıq və Zəfər Yolunun tikintisinə baxış keçiriləcək.

Füzulidən sonra Şuşa şəhərinə səfər zamanı 2 işçi qrup - Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə və Şəhərsalma məsələləri üzrə işçi qruplarının üzvləri tərəfindən Şuşa şəhərinin ərazi planlaşdırma sənədlərinin hazırlanması ilə bağlı məlumat verilməsi, Şuşa şəhərində Suşa Radio-Televiziya Yayım Stansiyasına, Şuşa Rabitə Qovşağının binasına, eləcə də şəhərdə mövcud olan telekommunikasiya infrastrukturuna, Şuşa Avtovağzalının binasına və mövcud yol infrastrukturuna baxış keçiriləcək.

Səfərin növbəti ünvanı Xocavəndin Hadrut qəsəbəsi olacaq. Xocavənd rayonunun Hadrut qəsəbəsində 3 işçi qrupun (Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri üzrə, Elm, təhsil və mədəniyyət məsələləri üzrə nümayəndələri) iştirakı nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video