05 Sentyabr 2012 02:09
504
Fərmanlar
A- A+

«İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 11 avqust tarixli 1056 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı" (Elektron Azərbaycan)"nın 7.2.4.2-ci yarımbəndinə əsasən, dövlət orqanları arasında elektron sənəd dövriyyəsi sistemi yaratmaq məqsədi ilə qərara alıram:

1. "İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası idarələrarası elektron sənəd dövriyyəsi sisteminin iştirakçılarında qovşaqların texniki vasitələrlə təmin edilməsinə dair tələbatı, elektron imza veriləcək iştirakçıların rəhbərləri və müavinləri, habelə elektron sənəd dövriyyəsini bilavasitə həyata keçirəcək məsul şəxsləri barədə məlumatı ümumiləşdirərək müvafiq tədbirlər görməsi üçün bir ay müddətində Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti idarələrarası elektron sənəd dövriyyəsi sistemi iştirakçılarının qovşaqlarının texniki vasitələrlə təmin edilməsi üçün zəruri olan maliyyə vəsaitinin Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin müraciəti əsasında on beş gün müddətində Xidmətə ayrılmasını təmin etsin.

4. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti bu fərmanla təsdiq edilmiş "İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə"nin 1.3.1-ci, 1.3.2-ci və 1.3.4-cü yarımbəndlərində nəzərdə tutulmuş iştirakçılarda 2013-cü il iyulun 1-dək, 1.3.3-cü yarımbəndində nəzərdə tutulmuş iştirakçılarda isə 2014-cü il yanvarın 1-dək qovşaqların texniki vasitələrlə təmin edilməsini başa çatdırsın və bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat versin.

5. Bu fərmanla təsdiq edilmiş "İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə"nin 1.3.1-ci yarımbəndində nəzərdə tutulmuş iştirakçılar 2013-cü il iyulun 1-dən, 1.3.3-cü yarımbəndində nəzərdə tutulmuş iştirakçılar 2014-cü il yanvarın 1-dən idarələrarası elektron sənəd dövriyyəsinə başlanmasını təmin etsinlər.

6. Bu fərmanla təsdiq edilmiş "İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə"nin 1.3.2-ci və 1.3.4-cü yarımbəndlərində nəzərdə tutulmuş iştirakçılara 2013-cü il iyulun 1-dən idarələrarası elektron sənəd dövriyyəsinə başlanmasını təmin etmək tövsiyə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 sentyabr 2012-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video