30 Avqust 2021 11:24
496
DÜNYA
A- A+

“İda” qasırğası ABŞ-da milyondan çox evi işıqsız qoyub

 

ABŞ-ın Luiziana ştatında “İda” qasırğası səbəbindən bir milyondan çox ev və müəssisə elektrik enerjisiz qalıb.

AZƏRTAC Amerika informasiya portallarına istinadla xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 9:00 radələrinə olan məlumata görə, Luiziananın 1 000 809 ev təsərrüfatında elektrik enerjisi yoxdur. Qonşu Missisipi ştatında isə 40 mindən çox istehlakçı elektriksiz qalıb.

Saffir-Simpson şkalası üzrə ikinci kateqoriyaya aid edilən qasırğada küləyin sürəti saatda 165 kilometrə çatır. Yeni Orlean şəhərini qasırğanın təsirindən su basıb. Prezident Co Bayden ştatda təbii fəlakət elan edib. Luizianada minimum bir nəfər qasırğanın qurbanı olub .

Daha əvvəl ştatın qubernatoru Con Edvards bildirmişdi ki, “İda” son yarım əsrdə ən güclü qasırğa ola bilər. Luiziananın 320 kilometrdən çox sahil xəttində təxliyənin vacibliyi haqqında xəbərdarlıq qüvvədə qalır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video