10 Avqust 2014 12:08
566
Oxucu məktubları
A- A+

İctimai nəzarətdə vətəndaş fəallığı zəruridir

 

Dünyanın bir sıra ölkələrinin  təcrübəsi göstərir ki, yollarda, nəqliyyatda  baş verən qayda pozuntularını ictimai nəzarət və vətəndaş fəallığı ilə minimuma endirmək mümkündür.  Qayda pozanların ictimai-təhlükəli əməlləri ifşa edilərək ictimailəşdirilərsə, cəmiyyət tərəfindən qınanılarsa, müvafiq orqanlar da faktlar üzrə əməli tədbirlər görərsə, çətin ki, kimsə növbəti dəfə ictimaiyyətə hörmətsizlik göstərib özünü biabır edə. Bunun da ən effektli vasitəsi video-faktdır.  Məsələn, Rusiyada, demək olar ki, hər avtomobildə portativ video-qeydiyyat  cihazı var. Bu cihazlarla  sürücülər həm özlərinin, həm də avtomatik olaraq digər yol-hərəkət iştirakçılarının hərəkətlərinin video qeydiyyatını aparırlar. Hər hansı hadisənin, xüsusilə də ağır nəticəli yol qəzalarının araşdırılması zamanı bu video materiallar ədalətli qərar verilməsində əvəzsiz rol oynayır. Başlıcası isə bu mobil kameralar vasitəsilə yollarda ictimai nəzarət həyata keçirilir. Beləcə, yollarda olan hər kəs - istər sürücü olsun, istər piyada çoxsaylı avtomobil video kameraları nəzarətində daha məsuliyyətli davranmağa səy göstərir. Bir avtomobil sürücüsü digərlərini video "nəzarət"də saxlamaqla yanaşı özünün də başqaları tərəfindən "izlənildiyinin" fərqində olduğundan qaydalara əməl etməyə çalışır.

Doğrudur, bizdə də belə bir ənənə yavaş-yavaş formalaşmaqdadır. Artıq  avtomobil video-qeydiyyat aparatları vasitəsilə çəkilmiş  faktlar əsasında müxtəlif sosial təbəqələri əhatə edən qayda pozucuları haqqında sərt tədbirlər görülüb. Amma bu çox azdır. Əvvəla video-qeydiyyat cihazı quraşdırılmış avtomobillər yetərincə deyil. Bir də ki, sürücülər arasında çəkilənləri ictimailəşdirmə vərdişi tam olaraq formalaşmayıb. Bunun üçünsə həm vətəndaşlar fəal, cəsarətli olmalı, həm də müvafiq qurumlar bu prosedurun işlək, praktik və təhlükəsiz mexanizmini  yaratmalı, hüquqi əsaslarını əhaliyə izah etməlidir.

 

Bəhmən QƏHRƏMANOV

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video