11:31 28 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
01:20 28.02.2021

Qətiyyətin təntənəsi


01:17 28.02.2021

Prezident qayğısı


00:52 28.02.2021

Qisasın alındı, Xocalı!


00:19 28.02.2021

Virus qalxanı - anticisim


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İAEA İranın nüvə obyektlərində monitorinqi davam etdirəcək

ANA SƏHİFƏ / DÜNYA
18:57 22.02.2021

Beynəlxalq Atom Enerjisi Agentliyi ( İAEA) və İran Tehranın nüvə obyektlərinin monitorinqi barədə texniki anlaşma əldə etmişlər. Bu barədə İAEA-nın baş direktoru Rafael Qrossi məlumat vermişdir.

Qrossinin fikrincə, bu, vəziyyəti sabitləşdirməyə və İranın nüvə fəaliyyəti ilə bağlı sonrakı siyasi məsləhətləşmələri təşkil etməyə kömək göstərəcək: “İntensiv məsləhətləşmələr yaxşı nəticə verdi. Müvəqqəti texniki razılaşma əldə edildi. İAEA İranda lazımi yoxlama və monitorinqi davam etdirəcək”.

Baş direktor yoxlamaların həcminin azaldılmasını nəzərdə tutan yeni İran qanununun  fevralın 23-də qüvvəyə minməsi ilə əlaqədar nüvə obyektlərində fəaliyyəti müzakirə etmək üçün İrana səfər etmişdir. O izah etmişdir ki, yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar əlavə protokol dayandırılacaq. Bu o deməkdir ki, nüvə obyektlərinə girişlərin sayı azaldılacaq, amma IAEA-nın İrandakı müfəttişlərinin sayı dəyişməyəcək. Həmçinin İAEA  fevralın 23-dən sonra İranın nüvə obyektlərində kameralara giriş əldə edə bilməyəcək, lakin kameralardakı məlumatlar ABŞ sanksiyalarının qaldırılması halında üç ay müddətində saxlanılacaq. Ümumiyyətlə, yeni müvəqqəti texniki razılaşma yoxlamanın eyni həcmdə aparılmasına imkan verməyəcək, amma monitorinq qənaətbəxş şəkildə davam edəcək.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM