15:10 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Humanizm və xeyirxahlığın mücəssəməsi

ANA SƏHİFƏ / SİYASƏT
01:53 26.08.2021

 

Azərbaycanın dünyada tanıdılması, mədəniyyətimizin təbliği, təhsilin və səhiyyənin inkişafı, genefondumuzun və ekologiyanın qorunması, ehtiyacı olanlara kömək, insanlara təmənnasız yaxşılıq…. Bütün bunlar Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın xalqa xidmət missiyasının əsas istiqamətlərindəndir. Mehriban Əliyevanın təşəbbüsləri ilə humanitar, elm  və təhsil, sosial, idman, mədəniyyətlər və sivilizasiyalararası dialoq  və digər  istiqamətlərdə həyata keçirilən tədbirlər həm ölkədə, həm də onun hüdudlarından kənarda rəğbətlə qarşılanır. Ən əsası bu tədbirlər dövlət siyasətinin daha yüksək uğurlar qazanmasında böyük rol oynayır.

Mehriban Əliyeva üçün əziz olan bu tarixdə Milli Məclisin deputatları da öz fikirlərini qəzetimizlə bölüşdülər.

 

Dövlətə və vətəndaşlara xidmət məramı

 

Hicran HÜSEYNOVA,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri:

- Hər bir cəmiyyətin həyatında qadınların özünəməxsus yeri,  böyük rolu olub. Azərbaycan  qadını tarixin bütün dövrlərində  öz yaradıcılığı, zəngin fəaliyyətləri ilə seçiliblər. Müasir mərhələdə isə Azərbaycan qadınları dövlətin idarə edilməsində keyfiyyətcə yeni səviyyədə iştirak edir, siyasi, elmi, təhsil, iqtisadi, mədəni və başqa sahələrdə daha aktiv fəaliyyət göstərirlər. Bu mənada Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bütün qadınlar üçün örnəkdir.

Humanizm, şəfqət, xeyriyyəçilik, yaradıcılıq bütün bunlar Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsasını təşkil edir. Müasir müstəqil Azərbaycanın inkişafına xidmət etmək, sosial məsələlərin həlli, milli-mənəvi dəyərləri, tarixi-mədəni irsi qorumaq, yardıma möhtac olanlara dəstək olmaq - bütün bu və qeyd etmədiyimiz digər yüksək keyfiyyətlər Mehriban xanımın fəaliyyətinin əsasıdır.

Onun bütün layihələrinin mərkəzində - İnsan dayanır. Birinci xanım Azərbaycan ailəsinin  problemlərini həmişə diqqət mərkəzində saxlayır,  ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir.  Xalq arasında böyük nüfuzu olan Mehriban Əliyeva Birinci vitse-prezident kimi  də özünəməxsus bir yol gedir. Cəmiyyətdəki fərqli siyasi qrupları, müxtəlif düşüncənin və fikirlərin sahibi olan hər kəsi diqqətdə saxlayır, onları dinləyir, narazı olduqları məsələlərin həll edilməsi sahəsində də xüsusi bacarıq nümayış etdirir, əhəmiyyətli təşəbbüslər göstərir. Bununla da Mehriban xanım  Azərbaycanda ictimai sabitliyin təmin olunmasına öz layiqli  töhfəsini verir.

Mehriban Əliyeva rəhbəri olduğu  Heydər Əliyev Fondu vasitəsilə  Avropa və dünyada bir sıra ciddi və xüsusi mahiyyət daşıyan mədəni və sosial layihələrə verdiyi dəstəklə diqqəti Azərbaycana yönəltməyi bacardı. Azərbaycanda baş verənləri, əsl həqiqətləri dünyaya çatdırmaq üçün bütün imkanları səfərbər edir. Mehriban xanım ölkəmizdə və dünyada xeyriyyəçi, humanist, mədəniyyətə, tarixə, idmana xüsusi qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə, ekologiya sahələrində respublikada və beynəlxalq miqyasda böyük layihələr həyata keçirən prinsipial və peşəkar ictimai xadimdir. Milli mədəniyyətin inkişafına, başqa xalqların mədəniyyətinin qorunmasına və mədəniyyətlərarası əlaqələrin inkişafına böyük töhfələr verən Mehriban xanım həm də yüksək səviyyədə sivilizasiyalar və dinlərarası dialoqun reallaşması üçün böyük əmək sərf edir. Azərbaycanın Birinci xanımı sülh və tolerantlığın yayılması, bütün dünyada humanist dəyərlərin bərqərar olması üçün müntəzəm tədbirlər həyata keçirir. Onun çoxşaxəli  fəaliyyətini beynəlxalq təşkilatlar da yüksək dəyərləndirirlər.

Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyəti, elmi və incəsənətinin bütün sahələrinə qayğı göstərir. Onun təşkilatçılığı ilə ölkənin tanınmış alimlərinin və incəsənət xadimlərinin yaradıcılığının təbliği istiqamətində əvəzedilməz proqramlar reallaşır. Məsələn, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunmasını, Nəsirəddin Tusinin anadan olmasının 800 illik, şərqşünas alim Mirzə Kazımbəyin  200 illik, tanınmış rəssam Səttar Bəhlulzadənin, məşhur yazıçı və pedaqoq Mir Cəlal Paşayevin, akademiklər Yusif Məmmədəliyev və Musa Əliyevin 100 illik yubileylərinin keçirilməsinin də müəllifi məhz Mehriban xanım Əliyevadır. UNESCO-nun “Dünya irs siyahısı”na İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə daxil edilməsi onun təşəbbüsü ilə gerçəkləşmisdir. Bütün bu layihələr  Azərbaycan mədəniyyətinin təbliğinə əvəzsiz töhfələr verməklə yanaşı, onun nümunələrinin qorunmasına da xidmət edir. Tarixboyu  bədnam qonşularımız Azərbaycan mədəniyyəti nümunələrini öz adlarına çıxarmağa çalışıblar. Mehriban xanım milli mədəniyyətin təbliğatçısı olmaqla yanaşı, həm də onun fəal qoruyucusudur. Belə ki, bu maddi və mənəvi mədəniyyət nümunələrinin əsl sahibinin Azərbaycan və azərbaycanlıları olduğunu bütün dünyaya çatdırır. Uzun bir fasilədən sonra ilk dəfə Şuşada “Xarıbülbül” festivalı keçirilmişdir. Bu möhtəşəm festivalın bütün təşkilatı işləri, ən xırda detallarına qədər, çox incəliklə Heydər Əliyev Fondu və onun Prezidenti Mehriban Əliyeva tərəfindən hazırlanmışdır.

Mehriban xanım çıxışlarında qeyd edirdi ki, “nə qədər Qarabağ, Şuşa işğal altındadır, biz hamımız qarabağlıyıq, şuşalıyıq”. Bu sözlər ürəkdən deyilən sözlər idi. Bu, eyni zamanda təkcə sözlər deyil idi, həm də çağırış idi. Mehriban Əliyevanın 44 günlük Vətən müharibəsi zamanı xalqımıza müraciətləri, yaralı əsgərlərimizi ziyarət etməsi bir daha göstərdi ki, hər zaman olduğu kimi, o, insanları haqq işi uğurunda mübarizəyə səsləyir, bir ana, bacı həssaslığı, qayğısı nümayiş etdirir. Birinci vitse-prezident Mehriban Əliyeva tarixi Qələbə münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşımında xalqımızı, dünya azərbaycanlılarını təbrik edərək bildirdi ki, “Vətənimizi müdafiə edən, onu dirçəldən nəslin işıqlı xatirəsi, bu nəslə hörmət və ona görə səmimi qürur hissi hər bir azərbaycanlının qəlbində həmişəlik qalacaq”. Bəli, bizim şəhidlərimizə, qazilərimizə, Vətən müharibəsi iştirakçılarına minnətdarlıq hissimiz sonsuzdur. Mehriban xanım daim bir ictimai xadim və dövlət məmuru kimi həlak olanların ailələrinə lazımi köməyi göstərir. Yaralı əsgərlərin sağalması və normal həyata qayıtması üçün nə mümkündürsə edir. 

Bu gün doğma Qarabağ və Şərqi Zəngəzur torpaqlarında  geniş quruculuq işləri aparılır, 30 ildə erməni vandalları tərəfindən dağıdılan evlər, sosial infrastruktur, talan olan ərazilər, meşələr,  tarixi-mədəni-dini abidələr yenidən tikilir, qurulur. Bu işlərdə də şəxsən Mehriban xanımın xüsusi yanaşmasını hiss etməmək mümkün deyil. Onun tapşırıqları əsasında həyata keçirilən layihələr tezliklə Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcək,  bir çox  beynəlxalq tədbirlərin keçiriləcəyi  yer olacaqdır.

Praqmatiklik, kreativlik, siyasi çeviklik, yüksək erudisiya, alicənablıq, humanizim kimi ali şəxsi keyfiyyətlərə malik olan, milli  köklərimizə, bəşəri ideyalara daim sadiq qalan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva  Vətənimizin və xalqımızın taleyində bundan sonra da müstəsna rol oynayacaq,  ölkəmizin inkişafına yeni və davamlı töhfələr verəcək. Onun dövlətçiliyimizə, xalqımıza  xidmət etmək istəyi, arzusu bizdə olan bu inamı daha da gücləndirir.  Biz  bu yolda ona  uzun ömür, cansağlığı və  böyük uğurlar arzulayırıq.

 

Nəcib əməllərin təcəssümü

 

Şahin SEYİDZADƏ,

Milli Məclisin deputatı:

- Azərbaycan tarixinin istənilən səhifəsi örnək sayıla biləcək xanımlarla zəngindir. Müasir dövrdə respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva özünün ictimai-siyasi fəaliyyəti ilə bunun bariz nümunəsidir. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi cəmiyyətdə böyük rəğbətlə qarşılanmışdır.

Mehriban xanımın dövlətimizin möhkəmlənməsi yolunda gördüyü işlərin miqyasına nəzər yetirəndə, onun nə qədər çətin və məsuliyyətli işin öhdəsindən layiqincə gəldiyini gördükdə heyrətlənməmək qeyri-mümkündür. Onun uzun illər ərzində istər ölkə daxilində, istərsə də beynəlxalq platformalarda çoxşaxəli fəaliyyəti hər ötən gün Azərbaycanın inkişafına mühim töhfələr verir.

Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu dünya miqyasında  çoxşaxəli, xeyirxah fəaliyyəti ilə seçilən, böyük layihələrə imza atan vətəndaş cəmiyyəti qurumudur. Ulu Öndərin ideya və əməllərini özündə cəmləşdirən bu əvəzsiz və unikal təsisat ölkədə və dünyada təhsil, elm, mədəniyyət, səhiyyə, ekologiya və digər sahələrdə müxtəlif istiqamətli layihələrin həyata keçirilməsində böyük nüfuz qazanmışdır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr respublikamızın hüdudları ilə məhdudlaşmır, xüsusi ilə onun xeyriyyəçilik tədbirləri bir çox dünya ölkələrini əhatə edir. Fondun bir sıra xarici ölkələrdə həyata keçirdiyi layihələr dünyada sülhün, tolerantlığın və multikultural dəyərlərin təbliği baxımından müstəsna əhəmiyyət kəsb edir.

Azərbaycanın onlarca tarixi və maddi-mədəniyyət abidəsinin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi Mehriban xanım Əliyevanın səmərəli və peşəkar fəaliyyətinin nəticəsində mümkün olmuşdur. Mehriban xanım Əliyeva UNESCO ilə yanaşı, həm də müsəlman, islam dünyasının mədəniyyətini özündə birləşdirən ICESCO-nun da xoşməramlı səfiridir və bu vəzifədə də müsəlman dünyasını layiqincə təmsil edir. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı işinə, islam aləmində apardığı səmərəli fəaliyyətinə görə Mehriban Əliyevanın əməyi bu nüfuzlu təşkilat tərəfindən hər zaman ən yüksək səviyyədə qiymətləndirilmişdir.

Mehriban xanımın fəaliyyəti, gördüyü işlərin miqyası və şəxsi keyfiyyətləri barədə danışarkən  cənab Prezident İlham Əliyevin illər əvvəl səsləndirdiyi  fikri xatırlatmaq yerinə düşür: “O, insanlara xoş münasibəti, xoş niyyəti, xoş ünsiyyəti ilə seçilib. Bu, onun xasiyyətinin ən fərqləndirici cəhətidir. Mən əminəm ki, Mehriban Əliyeva xeyriyyəçilik, insansevərlik, mərhəmət, Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, düşüncəsinə, əsrlərdən bəri formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətləri davam etdirməyə çalışacaq”.

Bu gün Mehriban xanımın doğum günüdür. Müasir Azərbaycan tarixinin banisi, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin ən yaxın silahdaşı, xalqımızın sevimlisi Mehriban Əliyevanı seçicilərimiz adından təbrik edir, Azərbaycanın parlaq gələcəyinin qurulması istiqamətində olan fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM