04 Aprel 2014 06:04
421
Səhiyyə
A- A+

Humanitar aksiya ilə əlaqədar Zaqatala rayonunun bütün tibb müəssisələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

Prezident İlham Əliyevin tapşırığı əsasında əhalinin pulsuz tibbi müayinəsi aksiyasının gedişi və qarşıda duran vəzifələr aprelin 4-də Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı yanında keçirilən geniş şura iclasında müzakirə edilmişdir.

AzərTAc xəbər verir ki, əlaqədar idarə, müəssisə, təşkilat və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin rəhbərlərinin iştirakı ilə keçirilən iclası rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq dövlətimizin sosial yönümlü siyasətinin mühüm tərkib hissəsi olan səhiyyənin inkişafının daim diqqət mərkəzində saxlandığını bildirmişdir. Qeyd olunmuşdur ki, son illər səhiyyə sahəsində aparılan uğurlu islahatlar nəticəsində respublikanın hər yerində olduğu kimi, Zaqatala rayonunda da tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilmiş, müalicə diaqnostika mərkəzi, vərəm xəstəlikləri xəstəxanası, yeni həkim məntəqələri tikilib istifadəyə verilmiş, mərkəzi rayon xəstəxanası əsaslı təmir olunmuşdur. Bütün bunlar əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin əsaslı şəkildə yaxşılaşması üçün geniş imkanlar açmışdır. Əhalinin tibbi müayinəsi aksiyasının Zaqatala rayonunda da uğurla davam etdiyini nəzərə çatdıran icra hakimiyyətinin başçısı bu müayinələrin insanların sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət etdiyini vurğulamışdır.
Tibbi müayinənin gedişi barədə məlumat verən rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova rayon üzrə 18 yaşdan yuxarı 90 min nəfərə yaxın insanın müayinədən keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, müayinələr əvvəlcədən tərtib edilmiş cədvəl əsasında aparılır. Fevralın 17-dən indiyədək 35 min nəfərə yaxın sakin müayinədən keçirilmişdir.
İclasda Zaqatala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva və Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Nəriman Əfəndiyev çıxış edərək aksiyanın mütəşəkkil səviyyədə keçirilməsini təmin etmək üçün bütün tibb müəssisələrinin gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiyini, müayinələrə yüksək ixtisaslı, peşəkar həkim və orta tibb işçilərinin cəlb olunduğunu, həmçinin səyyar həkim briqadalarının yaradıldığını diqqətə çatdırmışlar. Bildirilmişdir ki, müayinədən keçənlərin 11 min 776 nəfəri ambulator, 12 nəfəri stasionar müalicəyə cəlb edilmiş, bir nəfər əməliyyat olunmuşdur.
Şura iclasında əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın uğurla başa çatdırılması üçün əlaqədar qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, qarşıda duran vəzifələrdən bəhs edilmişdir. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video