11 Oktyabr 2011 03:10
469
İQTİSADİYYAT
A- A+

«Hökumət daxili istehsalata lazımi dəstək göstərir»

 

Sumqayıt texnoparkında baş tutan rəqabətə davamlı sənaye məhsulları istehsalçıları və alıcıları ilə görüşdə iqtisadi inkişaf naziri Şahin Mustafayev belə deyib.

"Hazırda Sumqayıt texnoloji parkında istehsal olunan məhsul ən qabaqcıl keyfiyyət standartlarına cavab verir və yüksək rəqabətə davamlılığa malikdir. Bizim əsas məqsədimiz bütün yerli istehsalçıların məhsullarının belə yüksək standarta cavab vermələridir" deyən Ş.Mustafayev bildirib ki, hazırda texnoparkda 10 müəssisə fəaliyyət göstərir, 2012-ci ilin sonuna kimi onların sayını 14-ə çatdırmaq planlaşdırılır.

Xatırladaq ki, Sumqayıt Texnoloji Parkı (STP) Azərbaycanın elektroenerji sahəsində yeni infrasturktur layihələri həyata keçirən iri müəssisədir. STP-də müasir texnologiyalar əsasında eksport potensialına malik olan, elektroenergetika və maşınqayırma sənayesinin məhsullarının istehsalı nəzərdə tutulub. 18 zavoddan ibarət texnoparkda müxtəlif tipli çoxfunksiyalı məhsullar istehsal ediləcək. Bunlara müxtəlif tipli kabelləri, transformatorları, yüksək gərginlikli avadanlıqları, hidro turbinləri, su nasoslarını, elektrik mühərriklərini, boruları, texniki qazları misal göstərmək olar.

Nazirin sözlərinə görə, ölkədə əsasən neft-kimya sənayesi məhsullarının emalı ilə məşğul olacaq başqa sənaye parklarının yaradılması da planlaşdırılır. Bundan əlavə, biznes-inkubatorlar və treninq mərkəzləri açılacaq.

Nazir həmçinin bildirib ki, ölkədə rəqabətədavamlı məhsul istehsal edən yeni müəssisələr ixtisaslaşdırılmış kataloqda özləri və məhsulları haqqında məlumat yerləşdirə bilərlər: "Nazirlik kataloq hazırlayıb. Orada Azərbaycanda energetika, İKT, metallurgiya, tikinti, neft və neft-kimya məhsulalrı, yüngül və mebel sənayesi kimi sahələrdə sənaye məhsulları istehsal edən 97 şirkət haqqında məlumat öz əksini tapıb". Onun sözlərinə görə, kataloqda bu şirkətlərin istehsal etdikləri 752 adda mal haqqında məlumat təqdim olunub: "Bu, bizim buraxdığımız ilk kataloqdur və biz yerli istehsal məhsullarının adlar siyahısını genişləndirmək məqsədilə istehsalçılardan təkliflər almağa hazırıq".

Kataloqun tələbatdan asılı olaraq yarım ildə, yaxud ildə bir dəfə buraxılması planlaşdırılır. Ş.Mustafayev orada hər buraxılışda yeni müəssisələr barədə məlumatların əksini tapacağına ümidvar olduğunu bildirib.

Rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin kataloqu belə müəssisələrin siyahısının müəyyənləşdirilməsi və bu gün əsasən idxal olunan malların üstünlük təşkil etdiyi yerli bazarda onların məhsullarının geniş tətbiqi məqsədilə hazırlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video