19 May 2021 11:58
1082
DÜNYA
A- A+

Hindistanda COVID-19 üzrə ölüm antirekordunu yeniləyib

 

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 267 min 334 yoluxma, virus səbəbindən 4 min 529 ölüm qeydə alınıb. Ötən günə olan ölüm sayı həm Hindistan, həm də dünya üzrə ən pis göstərici olub.

AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 3 sutka ərzində gündəlik yoluxma sayı 300 mindən az olsa da, ölüm hallarının çoxalması narahatlıq doğurur. Hazırda Hindistanda 3 milyon 226 min aktiv xəstə var. Bir neçə ştatda qapanma və komendant saatı tətbiq olunur.

Qeyd edək ki, indiyədək Hindistanda COVID-19 infeksiyasına 25 milyon 496 min yoluxma, 283 min 248 ölüm qeydə alınıb. Hindistan yoluxanların sayına görə ABŞ-dan sonra 2-ci, ölüm sayına görə ABŞ və Braziliyadan sonra 3-cüdür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video