Heyrətləndirən gələcək
Mütəxəssislərin proqnozuna əsasən, gələcəkdə istehsal olunacaq kompüterlərə daha çox enerji lazım olacaq. Onların mikroprosessorlarının məhsuldarlığı birbaşa temperatur rejimindən asılı olacaq.
1965-ci ildə “Intel” şirkətinin banisi Qordon Mur kompüterlərin gücünün potensial artımını göstərən “Mur” qanununu kəşf etmişdi. Bu qanuna görə, prosessorun kristallarındakı yarımkeçiricilərin sayı hər iki ildən bir ikiqat artır. Onilliklər ərzində kompüter texnologiyası “Mur” qanununa müvafiq inkişaf edirilib və bu prossesorların ölçülərinin kiçilməsinə deyil, həm də mikroçiplərin enerji sıxlığına səbəb olub. Ancaq ekspertlərin proqnozuna görə, bu tendensiya dəyişəcək. Belə ki, prossesorların ölçüsünü kiçiltmək maliyyə baxımından əlverişsiz olacaq.
Ekspertlərin fikrincə bu vəziyyətdən çıxış yolu yeni texnologiyaların kəşfidir. Mühəndis və texnikləri məhsuldarlıq itkisi olmadan daha az enerji sərf edən sxemlərin hazırlanması istiqamətinə yönəltmək lazım gəlir.
Kanadanın Viktoriya Universitetinin alimi Natiya Frank olduqca perspektivli üsul təklif edib. O, işığın köməyi ilə məlumatların yadda saxlanması və işlənməsi üçün nəzərdə tutulmuş “LI-RAM” adlı yeni mexanizmin patentini alıb. Belə materialdan hazırlanmış kompüter prosessorları az miqdarda enerji sərf edə və uzun müddət işləyə bilir. “LI-RAM” nəzəriyyədə müasir standartlarla müqayisədə enerji sərfiyyatını 10 faiz azaltmağa imkan verir, bununla belə, eyni zamanda verilənlərin daha sürətli ötürülməsini təmin edir. Natiya Frankın proqnozuna görə, “LI-RAM” 10 il sonra kommersiya qurğularında tətbiq ediləcək.
Bir müddət əvvəl “Lenovo” şirkətinin mütəxəssisləri qatlana bilən planşetləri təqdim ediblər. Lakin bu model pilot layihədir, ona görə də hələlik kütləvi istehsal üçün nəzərdə tutulmayıb.
Alimlərin fikrincə, gələcəkdə insandan daha ağıllı kompüterlər meydana gələcək. “Apple” şirkəti istifadə zamanı proyeksiya vasitəsilə ekran və klaviaturanı görə və idarə edə biləcəyimiz kompüter üzərində çalışır. Ovucumuza sığışan bu cihazdan istifadə üçün yalnız şüşə səthə ehtiyac olur. Virtual klaviaturadan günümüzdə də istifadə edilir. Lakin bəhs etdiyimiz kompüter bütünlüklə virtual olacaq.
Günümüzdəki kompüterlərin 5000 ildə görə biləcəyi işi gələcək kompüterlərin 5 saniyədən də az müddətdə yerinə yetirə biləcəyi düşünülür.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır ...
25 Aprel
Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb
25 Aprel
Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə ...
25 Aprel
Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəst...
25 Aprel
Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümun...
25 Aprel
İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub ...
25 Aprel
Vətəndaşlara Şuşa, Suqovuşan və Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək ...
25 Aprel
Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb ...
25 Aprel
Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub ...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!