11:42 15 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
01:09 15.06.2021

Tarixin dönüş məqamı


01:06 15.06.2021

Qurtuluş dastanı


01:00 15.06.2021

15 iyun müqəddəs tarixdir


00:50 15.06.2021

BİLDİRİŞ


00:49 15.06.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda videokonfrans keçirilib

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:55 06.05.2021

 

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə mayın 5-də “Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda videokonfrans keçirilib.

Milli Məclisin Regional məsələlər komitəsi ilə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkil etdikləri tədbirdə deputatlarla yanaşı, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin və Bələdiyyə İşçiləri Həmkarlar Komitəsinin təmsilçiləri, həmçinin 70-ə yaxın şəhər, qəsəbə və kənd bələdiyyəsinin rəhbərləri iştirak ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, videokonfransın açılışında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Heydər Əliyev dühasının Azərbaycan xalqı, Azərbaycan dövləti və dövlətçiliyi, həmçinin bütün türk dünyası, müsəlman dünyası üçün gördüyü möhtəşəm işlərdən bəhs edib. Müasir Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Liderin xalqımızı və ölkəmizi dünya miqyasında tanıtdığını bildirib. Vurğulayıb ki, həyatını xalqına həsr edən Ulu Öndərin zəngin tarixə malik ictimai-siyasi, dövlətçilik fəaliyyəti xalqa və dövlətə xidmətin ən ali nümunəsi, ən parlaq təzahürüdür. O, diqqətə çatdırıb ki, bunlar barədə nə qədər kitablar yazılmış olsa da, hələ çox tədqiqat əsərləri hazırlanacaq.

Komitə sədri iftixarla qeyd edib ki, Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını işğaldan azad etmiş qalib Azərbaycanda, qədim Şuşada qeyd olunacaq. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Heydər Əliyev siyasətinin təntənəsi, Ulu Öndərin layiqli davamçısı olan Azərbaycan Prezidentinin qüdrətinin təcəssümüdür. 

Sonra tədbirdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Bakının Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev çıxış edərək XX əsrin 90-cı illərində ağır duruma düşmüş Azərbaycan dövlətçiliyinin xilasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən, Yeni Azərbaycan Partiyasının yaranmasından söz açıb.

Videokonfransda Regional məsələlər komitəsinin üzvlərindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev öz məruzəsində əsas diqqəti “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu” məsələsinə yönəldib. Ulu Öndərin ölkəmizdə hakimiyyətə gəldiyi ilk gündən etibarən Azərbaycanda iqtisadiyyatın və təhsilin inkişafına, hərbi kadrların yetişdirilməsinə və ölkənin müdafiə qüdrətinin artırılmasına, yeni iş yerlərinin yaradılmasına və digər mühüm sahələrə xüsusi diqqət yetirdiyini vurğulayıb.

Məruzəsində Ulu Öndərin gənclər siyasətindən söz açan Regional məsələlər komitəsinin üzvü Səbinə Xasayeva bildirib ki, Prezident İlham Əliyevin ətrafında sıx birləşən, milli düşüncəyə və yüksək intellektual səviyyəyə malik olan müasir Azərbaycan gəncliyi əsası Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin yetirməsidir.

Tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov və Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Əli Mehdiyev ölkəmizdə yerli özünüidarəetmə sisteminin yaradılmasında Ümummilli Liderin rolundan və bələdiyyələrin inkişafına göstərilən dövlət qayğısından bəhs ediblər.

Videokonfransda çıxış edən Şirvan bələdiyyəsinin Gənclər və idman komissiyasının sədri, Vətən müharibəsinin qazisi Cəlal Əzizzadə Ulu Öndərin milli ordu quruculuğundakı uzaqgörən siyasətinə toxunub, Qəbələ rayonunun Vəndam bələdiyyəsinin sədri Asif Həşimov Heydər Əliyevin regionların inkişafına göstərdiyi diqqəti önə çəkib. 

Tədbirdə aparılan müzakirələrdə Ulu Öndərlə bağlı xatirələr yada salınıb. Azərbaycan tarixində silinməz iz qoyan Heydər Əliyevin azərbaycançılıq ideyası, sosial ədalət siyasəti, neft strategiyası, qüdrətli Azərbaycan dövlətinin qurulmasında müstəsna xidmətləri minnətdarlıqla qeyd olunub.

Bununla da  “Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda keçirilən videokonfrans başa çatıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM